Kia şirkəti Hindistanda keçirilən AutoExpo sərgisində SP adlı konseptual krossoveri nümayiş etdirib. “Autocar India” nəşrinin verdiyi xəbərdə prototipin seriya variantının 2019-cu ildə işı üzü görəcəyi bildirilir.
Bununla belə, istehsalçı Kia SP konseptinin texniki təfsilatı barədə heç bir məlumat verməyib. Yerli KİV-lərin verdiyi məlumata inansaq, Hyundai Creta modelinin başlıca rəqibi olacaq krossoverin əsasını elə rəqibinin platforması təşkil edəcəkdir.
Azərbyacan bazarında Hyundai Creta modeli 123 at qüvvəli 1,6-litrlik və 150 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri və avtomatik transmissiya ilə təklif edilir. Creta modelini əldə etmək istəyənlər ən azı 29920 manat vəsaitə malik olmalıdırlar.