Kia şirkəti iyirmi ildir ki, iri çərçivəli pikap buraxmaq üzərində düşünürdü. Koreyalılar belə bir planlarının olduğunu hələ 2004-cü ildə Kia KCV-4 Mojave konseptini nümayiş etdirərək açıqlamışdılar. Bununla belə, koreyalılar Amerika üçün pikap yaratmaq ideyasından imtina edərək, əvəzində Asiya, Afrika, Avstraliya və Yaxın Şərq bazarları üçün utilitar yük avtomobilini hazırlamaq qərarına gəldilər.

Döğrudur, bu layihə üzərində çalışmalar uzun müddət tələb etdi. Casuslar dəfələrlə Kia Mohave ofrouderinə əsaslanan kamuflyajlı pikapları qeydə alsalar da, son anda bu ideyadan da imtina edildi. Odur ki, bü gün debüt edən Kia Tasman seriya pikapı tamamilə fərqli bir avtomobildir.

Brutallıq baxımından Koreya pikapı bütün sinif yoldaşlarına fora verə bilər. İri ön hissə, əslində ön qanadlarda yerləşdirilmiş şaquli ön işıqlandırma texnikası ilə seçilir. Təkər tağları qara düzbucaqlı örtmələrlə bəzədilib, baxmayaraq ki, onları şirkətin aksessuarlar kataloqundakı daha zərif analoqları ilə əvəz etmək olar.

Bunun fonunda arxa tərəf olduqca ənənəvi görünür, yalnız bamperin künclərindəki praktiki ayaq yerləri  diqqəti cəlb edirlər. Tasman doqquz rəngdən birinə boyana bilər, konfiqurasiyadan asılı olaraq, 17 və ya 18 düymlük təkər diskləri təklif edilirlər.

Çeşiddə bir və iki cərgəli kabini olan versiyalar var, üstəlik, ənənəvi yük bölməsini və ya qatlanan tərəfləri olan yüksək yük platformasını seçmək mümkündür (belə pikaplara Avstraliyada tələbat var).

Buna baxmayaraq, qabaritlər dəyişməz olaraq qalır: pikapın uzunluğu 5410, eni isə, 1930 millimetrdir. Hündürlük konfiqurasiyadan asılı olaraq 1870 - 1920 millimetr arasında dəyişir. Təkər bazası - 3270 millimetrdir. 

Tasman 1195 kiloqrama qədər yük götürə və 3500 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə ala bilər. Ən populyar dördqapılı versiyada uzunluğu 1512,  eni 1572 millimetr olan yük platforması var. Bölmənin hündürlüyü isə, 540 millimetrdir.

Bazada artıq bir məişət rozetkası var, əlavə ödəniş qarşılığında orqanayzer və qatlanan masanı sifariş etmək olar. Şirkətin aksessuarlar kataloqunda bir neçə növ üstqurumu var: turizm üçün sürüşərək açılan tentelərdən tutmuş, iş nərdivanlarının quraşdırılması üçün çərçivəyə qədər.

Pikapın salonu utilitar təəssürat yaratmır və belə avtomobillər üçün qeyri-adi olan detalların işlənməsi ilə seçilir. Gümüş haşiyəsi və havalandırma deflektorlarını gizlədən pətəkləri olan ön panel maraqlı görünür.

Cihazlar panelinin və media sistemin ekranları (hər biri 12,3 düym) vahid blokda quraşdırılıb və onların arasında əlavə 5 düymlük displey yerləşdirilib. Mərkəzi konsolda sürətli girişi təmin edən sensorlu panel, altında isə, klimat-kontrolun yellənən düymələri olan paneli üçün yer tapılıb. 

Apple CarPlay və Android Auto protokollarının simsiz dəstəklənməsi, simsiz enerji doldurmanın ikiqat meydançası və bir sıra elektron sürücü köməkçiləri də mövcuddur. Əlavə ödəniş müqabilində səkkiz dinamikli Harman/Kardon audio sistemini sifariş etmək olar. Daxili tərtibat üçün qarışıq birləşmələr də daxil olmaqla, süni dəri və parçanın beş rəng variantı təklif olunur.

Yaradıcılar ilk pikaplarının salonunun genişliyini və praktikliyini xüsusilə vurğulayırlar. Arxa divanın kürək hissəsi iki qeydə alınan mövqeyə malikdir (əyilmə bucağı 22 və ya 30 dərəcə), onun yastığının altında isə, 33-litrlik əlavə bölmə var. Nəhayət, Kia bir çox interyer elementlərinin təkrar emal materiallarından geniş istifadə edilməklə hazırlandığını vurğulayır.

Kia Tasman pikapı çərçivəli konstruksiyaya, qoşa köndələn qolları olan müstəqil ön asqıya və ressorlarda quraşdırılmış bütöv arxa körpüyə malikdir. Hidravlik gerioturtma buferləri olan amplitudadan asılı amortizatorlar quraşdırılıb.

Əksər bazarlarda yalnız səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə işləyən 2,5 T-GDI benzin “turbodördlüyü” (281 at qüvvəsi, 421 Nm) təklif olunacaq. Bu birləşmə pikapı 100 km/saat həddinə 8,5 saniyəyə və maksimal 185 km/saata sürətləndirir. 

Lakin baza mühərriki yenə də altı pilləli mexaniki və ya səkkiz pilləli “avtomat” ilə tandemdə çalışan 2,2-litrlik turbodizel (210 at qüvvəsi, 441 Nm) olacaq. Belə Tasman ilk “yüzlüyə” (10,4 saniyə) sürətlənməkdə daha yavaşdır, lakin maksimal sürət eyni 185 km/saatdır.

Baza pikapları arxa ötürməlidirlər. Ön oxda muftası və demultiplikatoru olan tam ötürmə sistemi əlavə ödəniş tələb edir. 4x4 versiyalarında hərəkət elektronikanın üç standart yolsuzluq rejimi var (Snow, Mud, Sand). 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Top X-Pro versiyasına isə, Rock preseti (daşlıqlarda hərəkət üçün), aşağı sürətli X-Trek kruiz-kontrolu və arxa differensialın elektron kilidi əlavə olunur. Üstəlik, pikapın klirensi 224 millimetrdən 252 millimetrə qədər artırılıb. Tasman pikapının bütün modifikasiyaları üçün keçid dərinliyi 800 millimetrdir (7 km/saat sürətlə).

Artıq 2025-ci ilin birinci yarısında Kia Tasman pikapı Cənubi Koreya, daha sonra Avstraliya, Afrika və Yaxın Şərq bazarına çıxacaq. Qiymətlər həmin zaman açıqlanacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.