Kia şirkəti Cənubi Koreyada restaylinq edilmiş K5 modelini təqdim edib. Xatırladaq ki, K5 2019-cu ildə Optima modelini əvəzləyib. Yenilənmə inqilabi dəyişikliklər gətirməyib. Sedan, mürəkkəb S-şəkilli gündüz hərəkət işıqlarını almış yeni ön fənərləri əldə edib.

Arxa fənərlər isə, şaquli bölmələrə sahib olublar, lakin onları birləşdirən "nöqtəli" xətti itiriblər. Bamperlər, radiator barmaqlığı və təkər diskləri (18 və ya 19 düym) də dəyişdirilib. Ön bamper daha iri hava girişlərinə sahib olub, arxa spoylerin ölçüsü isə böyüdülüb. Kuzovun rəng palitrasına Wolf Grey və Moonscape Matte Gray boz rəngləri daxil ediliblər.

Salondakı dəyişikliklər daha çoxdur: birincisi, sedan yenilənmiş Sorento kimi, cihazlar paneli və multimedia sisteminin ekranlarını birləşdirən günəşliksiz vahid əyri paneli alıb. Hər iki ekranın diaqonalı 12,3 düymdür. İkincisi, tranmsissiyanın ənənəvi dəstəyi əvəzinə şayba formasında selektor peyda olub.

Yenilikləe arasında barmaq izi sensoru, “yaddaşı” olan və yüksək icazəli arxa görüntü kamerası, yeni proyeksiya displeyi, yaxşılaşdırılmış səs izolyasiyası və proqram təminatının “hava” üzərindən yenilənmə funskiyası var. ndırma sisteminin “sərnişin” deflektoru indi ön panelin dekorunu təqlid edir. Proqram təminatı artıq “hava” üzərindən yenilənə bilir.

Koreyadakı mühərrik çeşidi dəyişməyib. 1,6-litrlik “turbodördlük” (180 at qüvvəsi) səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. 2,0-litrlik atmosfer mühərriki üç variantda təklif edilir: standart versiya (160 at qüvvəsi), hibrid (204 at qüvvəsi) və qaz-balon avadanlığı olan (146 at qüvvəsi).

Onların hamısı əvvəlki 6-pilləli avtomatik transmissiya ilə təchiz edilir. Restaylinqdən əvvəl bir sıra bazarlarda 2,5-litrlik atmosfer mühərriki (194 at qüvvəsi) və eyni həcmli turbomühərriki (295 at qüvvəsi) ilə təchiz edilən versiyaları da var idi. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hələlik bu aqreqatlar barədə məlumat verilməyib. Lakin artıq avtomobilin asqısının rahatlıq lehinə tənzimləndiyi açıqlanıb.

Yenilənmə bahalaşma ilə müşayət olunur. Cənubi Koreyada yenilənmədən əvvəlki sedanın qiyməti 17 900 dollardan başlayırdı, indi isə, yenilənmiş avtomobillər üçün ən azı 20 500 dollar tələb edilir. Sifarişlərin qəbuluna artıq başlanılıb. Digər ölkələr üçün spesifikasiyalar daha sonra peyda olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.