Kia şirkəti K7 (Cadenza) modelinin davamçısını təqdim edib. K8 indeksli iri sedan qeyri-adi dizayna, tam ötürməyə və dörd mühərrik seçiminə malikdir. Bundan əlavə, avtomobil yeni loqotipi də əldə edib.
Kia K8 modelinin baza aqreqatı yanacağın birbaşa püskürdülmə funksiyası olan 1,6-litrlik dördsilindrli T-GDI mühərrikinin yenilənmiş versiyasıdır. Daha güclü variant 198 at qüvvəsi və 258 Nm fırlanma anı hasil etdirən 2,5-litrlik mühərrikdir.Top variant sayılan 3,5-litrlik Smartstream aqreqatı iki versiyada təklif ediləcəkdir: benzin və qaz. Benzin mühərriki 300 at qüvvəsi və 359 Nm fırlanma anı, mayeləşdirilmiş propanla işləyən mühərrik isə 240 at qüvvəsi və 314 Nm fırlanma anı hasil edir.
Bütün mühərriklər (ilkin mühərrik xaric) səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ən güclü mühərrikə sahib olan Kia K8 modeli arxa oxda muftası olan tam ötürmə sistemi, qalanları isə ön ötürmə sistemi ilə təklif ediləcəkdir. Yeni sedan da K7 modeli kimi, öndə McPherson dayaqları və arxada isı çoxqollu müstəqil asqı ilə təchiz edilir.
K8 modeli xüsusi “rahat dartma” rejiminə sahib olan “ağıllı” Ergo Motion Seat sürücü oturacağı ilə təchiz olunur: kürək və bud hissəindəki idarələnən hava qovuqları oturma zamanı uzanma effektini yaradır. Sport rejimində və yüksək sürətlərdə aktivləşən Smart Assist funksiyası oturacağın sürücünün bədəninə mümkün qədər yaxın olmasını təmin edir. “Əyləşmə köməkçisi” adlanan daha bir rejim, uzun səyahətlər zamanı oturacaqların daha rahat olmasını təmin edəcəkdir.
Ön sərnişinin oturacağı səkkiz istiqamətdə tənzimlənir, bütün oturacaqlar havalandırma və qızdırılma funksiyası ilə təchiz olunur. Sedanın səs-küy izolyasiyası da yaxşılaşdırılıb. Avtomobilin təchizatına üç zonalı klimat-kontrol, multimedia sisteminin ayrıca bloku və ikinci sıranın sərnişinləri üçün USB konnektoru da daxildir.
Əyri ön paneldə virtual cihazlar panelinin və multimedia sisteminin 12-düymlük ekranları birləşdirilib. Sedan 14 dinamiki və həcmli səsləndirməsi olan Meridian audiosistemi ilə də təchiz edilir. Bundan başqa, avadanlıqlar siyahısında köməkçi sistemlərin siqnallarını, naviqatorun məlumatlarını və avtomobilin sürətini alın şüşəsində göstərən 12-düymlük proyeksiya ekranı da var.
Kia K8 modeli Drive Wise sürücü yardımçıları sisteminin son versiyasını alıb. Buraya öndən toqquşmaları xəbərdar edən sistem, naviqatordan real vaxt rejimində məlumat alan ağıllı kruiz-kontrol və magistral köməkçisi daxildir. Bundan başqa, avtomobilin təchizatına dairəvi müşahidə kameraları, avtomobili uzaqdan dayanacaqda saxlamağa imkan verən park yardımcısı və doqquz hava yastığı da daxildir.
Kia K8 modeli aprel ayında Cənubi Koreya bazarında satışa çıxarılacaqdır. Daha sonra yeni model digər bazarlarda da təklif ediləcəkdir.