Cənubi Koreyada 2023-cü model ilinin Kia Mohave ofrouderinin satışlarına start verilib. Ofrouder kuzovun yenidən işlənmiş dayağına və təkmilləşdirilmiş asqıya sahib olub, habelə bir neçə yeni opsiyanı əldə edib.
Opsiyalar siyahısında ikiqat şüşələnmə, təkrar toqquşmaların qarşısının alınması sistemi və avtomobilin söndürülməsindən sonra kondisioner buxarlandırıcısını qurudan After-Blow funskiyası kimi avadanlıqlar var. Mohave vətənində 49,58 – 58,71 milyon von (70,6 – 83,5 min manat) arasında qiymətlərlə satılır.
Göründüyü kimi, Kia Mohave modelində tətbiq edilmiş yeniliklərin başlıca məqsədi vibro və səs izolyasiyasının yaxşılaşdırılması olub. Kuzovun ramaya bağlanması kronşteynlərinin sərtliyi artırlıb, ikiqat şüşələr əlavə edilib.
Asqıda kələ-kötür yollarda gediş rahatlığını təmin etmək üçün tənzimlənmiş yeni amortizatorlar quraşdırılıb. Avadanlıq siyahısına yol-nəqliyyat hadisəsi zamanı təkrar toqquşmanın qarşısını alan Multi-Collision Braking System qəza əyləcləməsi funksiyası və iki yeni salon tərtibatı variantı (Terracotta Brown və Taup Gray) daxil edilib.
Ən bahalı Gravity versiyası eksteryerin qara dekoruna və “qara taxtadan” işləmələrə sahib olub. Mühərrik isə dəyişməyib – bu 257 at qüvvəsi və 560 Nm fırlanma anı təklif edən, lakin 2022-ci ildə qüvvəyə minən yeni ekoloji normalara cavab verən 3,0-litrlik V6 turbodizelidir. Ötürmələr qutusu səkkiz pilləli “avtomatdır”. Ötürmə - ön öxda çoxdiskli muftası olan tam ötürmə sistemidir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.