Kia şirkəti Koreyada yenilənmiş K5 sedanını təqdim edib. Bu sedan Azərbaycan bazarında Optima kimi tanınır. Model yenilənmiş görkəmə və əlavə təchizata sahib olub.
Yenilənmiş sedan K5 sedanı yeni formalı radiator barmaqlığına, ön bamperə və təchizatdan asılı olaraq tamamilə işıqdiodlarından hazırlanmış işıq texnikasına sahib olub. Arxa hissədə isə fənərlər və bamper yenilənibdir. Bundan başqa, Kia K5 üçün 16 - 18 düym arasında diametri olan təkər disklərinin yeni variantları təklif edilir.
K5 modelinin salonunda yeni sükan çarxını, digər multimedia sistemini və işıqdiodlarından işıqlanma quraşdırılıb. Modelin təchizatına K5 loqotipini yerə proyeksiya edən lampalar və zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol sistemi daxil edilib.
Vətənində Kia K5 153,163 və 180 at qüvvəli benzin mühərrikləri, həmçinin 141 at qüvvəli dizel aqreqatı ilə təklif edilir. 180 at qüvvəli benzin mühərriki və dizel aqreqatı yeddi diapazonlu iki muftalı robotla çalışır. Qalan mühərriklər üçün 6-pilləli mexaniki və ya avtoamtik transmisiya nəzərdə tutulubdur.