Kia şirkəti avropa bazarı üçün nəzərdə tutulmuş Optima sedan və universalının yenilənmiş variantını təqdim edib. Yenilənmədən sonra hər iki model 1,6-litrlik benzin və dizel mühərrikinə sahib olublar.

Yeni dizel güc aqreqatı əvvəlki 141 at qüvvəli (340 Nm) 1,7-litrlik mühərriki əvəzləyəcəkdir. 1.6-litrlik mühərrik 136 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edir. 1,6-litrlik benzin turbomühərriki isə 180 at qüvvəsinə malikdir. O, istehsalçının mühərrik xəttində 163 qüvvəli 2,0-litrlik atmosfer və 245 at qüvvəli 2,0-litrlik turbomühərrikin arasında yerləşəcəkdir. Benizn mühərriki yeddi pilləli iki muftalı robotlaşdırılmış transmissiya ilə tandemdə çalışır.

Yenilənmiş Kia Oprima əvvəlkindən yeni ön və arxa bamperləri, başqa işıq texnikası, həmçinin dizaynı cüzi dəyişdirilmiş radiator barmaqlığı ilə seçilir.

Üstəlik, model üçün yeni 16 - 18 düymlük təkər diskləri əlçatan olub. Sedan və universalın interyer tərtibatında yeni materiallardan istifadə edilir. Avtomobil yeni sükan çarxına da malik olub.

Yenilənmiş modellərin təchizatına sürücünün vəziyyətini izləyən sistem, qarşıdan toqquşmaları önləyən  sistem, hərəkət cərgəsinə nəzarət sistemi, dairəvi müşahidə sistemi, işıqdiodlarından hazırlanmış adaptiv fənərlər, avtomatik uzaq işıqları, Apple CarPlay, Android Auto əlavələrini dəstəkləyən, 7 və 8-düymlük displeyə malik olan multimedia sistemi daxil olub. Bundan başqa, idarəetmə elektronikasının yeni Smart adlı rejimi peyda olub ki, bu rejimin aktivləşdirilməsindən sonra, elektronika cari vəziyyətdən asılı olaraq sərbəst şəkildə digər rejimləri qoşa və ya söndürə bilər.

Yenilənmiş Kia Optima modelinin Avropadakı satışları bu ilin üçüncü rübündə başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt