Kia şirkəti dünyəvi təqdimatı Frankfurt avtosalonunda keçiriləcək Proceed adlı konseptin yeni şəkllərini dərc edib. Prototip gələcəkdə c’eed ailəsindən olan avtomobillərin dizaynı haqqında təsəvvür yaratmaqla vəzifələndirilib. Əvvəl, avtomobilin arxa hissəsi təsvir edilmiş şəkil dərc edilsə də, bu dəfə pritotipin öndən və yan tərəfdən çəkilmiş şəkilləri dərc edilib.
Təsvirlərdən də göründüyü kimi prototipin ön hissəsi Stinger modelinin üslubunda dizayn edilib. Qeyd etmək lazımdır ki, prototipin kuzovu formaca liftbekə oxşasa da, istehjsalçı onu "uzadılmış "qaynar" hetçbek" adlandırıb. Çox güman ki, bənzər kuzova malik olan seriya modeli üçqapılı pro_cee'd modelini əvəz edəcəkdir.
Yeni prototip Cənubi Koreya istehsalçısının Avropadakı dizayn-studiyası tərəfindən yaradılıb. Konsept güclü maili tavana malik olan beşqapılı hetçbekdir. Kia şirkəti üçün yeni olan kuzovu yaradarkən dizaynerlər "pro_c’eed hetçbekinin idman görkəmini onun gündəlik həyatdakı universallığı" ilə birləşdiriblər. Avtomobil haqqında başqa məlumat verilməyib.
Konsept haqqında texniki məlumat verilməyib. Yalnız, avtomobilin kuzovunun mərkəzi dayağının olmadığı və pəncərə xəttinin kuzov boyu işıqdiodaları ilə işıqlandırıldığı məlumdur. Koreyalıların düşündüklərinə görə, işıqdiodları, avtomobilin sahibi ona yaxınlaşan zaman aktivləşməlidirlər.
Bundan başqa, kuzovun çoxqatlı Lava Red rəngli əl ilə vurulmuşdur.
Prototip alüminiumdan hazırlanmış 20-düymlük təkər diskləri ilə təchiz edilib.