KIA şirkəti öz «qaynar» modellər cərgəsini Rio hetçbekinin hesabına getişləndirmək fikrindədir. Əgər mülahizələr doğru çıxarsa, Cənubi Koreya istehsalçısı Rio modelinin GT-variantının prototipini mart ayında keçiriləcək Cenevrə avtomobil sərgisində nümayiş etdirməlidir. İlkin məlumatlara görə, «qaynar» hetçbek 1,6-litrlik 180 at qüvvəli turbomühərriklə təchiz olunacaqdır. Bu barədə şirkətin daxilindəki mənbələrə istinadən «Autocar» nəşri məlumat yaymışdır. KIA Rio GT modelinin əsas rəqibi 182 at qüvvvəli 1,6-litrlik «turbodördlüklə» təchiz olunan Ford Fiesta ST modeli olmalıdlr. Amerikadan olan «qaynar» hetçbek saatda 100 kilometr sürətini 6,9 saniyəyə toplayır və 220 km/saat maksimal sürətə malikdir.
Çox güman ki, Rio GT modeli 2018-ci ildə bu modelin yeni nəsilnin buraxılışından sonra təqdim ediləcəkdir. Yeni Rio avtomobilin çəkisini azaltmağa və onun dinamik xüsusiyyətlərini artıracaq tam yeni platformada yığılmalıdır. Ehtimal edilir ki, yeni KIA Rio üçün koreyalı istehsalçı, üç silindirli 1,0-litr iş həcmi olan mühərrik də daxil olmaqla, tam yeni güc aqreqatları təklif edəcəkdir.
Bundan əlavə, mənbənin bildirdiyinə görə, koreyalı istehsalçı payızda keçiriləcək Paris avtomobil sərgisinə GT və GT4 Stinger konseptlərinin məntiqi davamçısı olan yeni sportkar konsepti ilə qatılacaqdır.
Bu konseptlərdə nümayiş etdirilən bir sıra dizayn elementləri və texnoloji yeniliklər, gələcək sportkarın seriya variantına öz əksini tapacaqdır. Deyilənə görə, 2020-ci ildə buraxılacaq bu avtomobil üçün ayrıca platforma hazırlanacaqdır.