Kia şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutulan yeni Carnival minivenin təqdim edib. Xatırlatmaq gərəkdir ki, Carnival adı Yeni Dünyada tanınan deyil, çünki əvvələr miniven burada Kia Sedona adı ilə təklif olunurdu.
Cənubi Koreya istehsalçısının yerli bölməsi belə sadə rebrendinqdən yalnız qlobal unifikasiya naminə deyil, həm də avtomobilin imicini dəyişdirmək üçün istifadə edir, çünki yeni nəsil Carnival miniveni daha çox krossover imicini fəal şəkildə istismar edir. Avtomobil, aydın görünən kapota, iri təkər tağlarına, iri təkər disklərinə (19 düymə qədər) və kuzovun aşağı hissəsindəki boyanmamış əlavələrə malikdir. Üstəlik. miniven ABŞ bazarında yeni loqotipi nümayiş etdirən ilk Kia avtomobilidir.
Ümumiyyətlə, Amerika üçün nəzərdə tutulan Carnival miniveni Koreya versiyasını təkrarlayır - lakin nüanslar da var. Məsələn, okeanın o tayındakı alıcılar üçün transmissiyanın şaybası əvəzinə ənənəvi dəstək quraşdırılıb və mərkəzi konsolun altındakı qutunun qapağı yoxdur. Sürüşərək açılan qapıların elektrik ötürməsi artıq standart təchizata daxildir, salonda isə doqquz USB-bağlayıcısı və iki 110 voltluq yuva mövcuddur.
Vətənində satılan Carnival modeli dörd oturacaq cərgəsinə malik olsa da, ABŞ üçün yalnız üç cərgəli variant nəzərdə tutulub. Standart konfiqurasiya səkkiz nəfərlik salonu nəzərdə tutur: ikinci sırada fərdi şəkildə tənzimlənən üç kreslo, sonuncu cərgədə isə, baqaj bölməsinə qatlana bilən 40:60 nisbətində bölünən üçnəfərlik divan quraşdırılır.
Yeddi nəfərlik versiya isə, ikinci cərgədə quraşdırılan, dirsəkaltıları və ayaq dayaqları, habelə arxaya qatlanma imkanı olan rahat “kapitan” kreslolarına malikdir.
Məlum məsələdir ki. Amerikada dizel mühərriki təklif edilməyəcəkdir. Burada, Kia Carnival modeli yalnız 294 at qüvvəli 3,5-litrlik V6 atmosfer benzin mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təklif ediləcəkddir. Ötürmə - yalnız ön oxadır. Belə miniven 1590 koloqrama qədər çəkisi olan qoşqunu yedəyə ala bilər. Yeni miniven yerli dilerlərin salonlarında cari ilin ikinci rübdə peyda olacaqlar və 32.000 dollardan başlayan qiymətlərlə satılacaqdırlar.