Kia şirkəti Sonet subkompakt krossoverinin yeni görüntülərini paylaşaraq, modelin interyer dizaynını açıqlayıb. Hindistanda debüt edəcək və daha sonra digər bazarlarda satılacaq büdcə modeli haqqında məlumatda peyda olub.
Eskizlərə diqqət yetirsək, Sonet modelinin salonunun yeni nəsil Kia Sorento krossoverinin salonuna bənzədiyini, lakin onun sadələşdirilmiş versiyasının olduğunu görərik. Sonet modeli multimedia sisteminin 10,25-düymlük displeyi ilə vahid paneldə birləşdirilmiş rəqəmsal cihazlar panelini əldə edib. Hava deflektorları və transmissiyanın dəstəyi naxışar həkk olunmuş iri metal çərçivələrə yerləşdirilib.
Kia Sonet modelinin eksteryer dizaynı əvvəl dərc edilmiş tizerdə qismən oaçıqlanmışdı. İndi isə Kia şirkəti iri bamperləri, inkişaf etdirilmiş təkər tağları və nazik zolaqla birləşdirilmiş arxa fənərləri olan bir krossover təsvir olunmuş eksizlərini nümayiş etdirib.
Krossoverin təkər bazası qohum Hyundai Venue modelindəki kimi 2,5 metr olacaqdır. Bununla belə, Sonet modelinin uzunluğu dörd metrdən çox olmayacaqdır - bu, modelin Hindistanda tətbiq olunan vergi güzəştlərini əldə etməsi üçün gərəkdir.
Texniki cəhətdən Kia Sonet qohumu olan Hyundai Venue modelini təkrarlayır. Venue Hindistanda üç mühərriklə təklif edilir. Bunlar 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki, 120 at qüvvəli 1,0-litrlik turbomühərrik və 90 at qüvvəli 1,4-litrlik turbodizeldir. Güc aqreqatları mexaniki qutu və bir muftalı sadə iMT «robotu» tandemdə çalışırlar. Ötürmə - ön oxadır. Çox güman ki, Sonet modelinin şassisi «idman» tənzimləmələrinə sahib olacaqdır.
Yeni krossoverin təqdimatı 7 avqust tarixində keçirilməlidir. Hindistan bazarında Kia Sonet krossoveri 989.000 rupidən satılan Seltos modelindən daha ucuz olacağı gözlənilir. Hindistan bazarında satışa çıxdıqdan sonra, avtomobil digər ölkələrdə də təklif ediləcəkdir.