Bu gün Kia şirkəti dördüncü nəsil Sorento krossoverinin eskizlərini dərc edərək, onun debüt edəcəyi tarixi və məkanı açıqlayıb. Nəzərə alsaq ki, yeni avtomobilin kamuflyajsız şəkilləri İnternet məkanında kifayət qədərdir, istehsalçının bu məsələdə bir qədər gecikdiyini söyləmək olar.
Beləliklə, Kia Sorento krossoverinin dördüncü nəsli 3 mart tarixində Cenevrə avtosalonunda debüt edəcəkdir. Cənubi Koreya istehsalçısının mətbuat xidməti öz açıqlamasında Kia Sorento modelinin hibrid modifikasiyada təklif ediləcəyini bildirib. Biz isə, bu hibridlərin hətta iki olacağını bilirik - məişət şəbəkəsinə qoşulan (PHEV) və adi hibrid.