Kia XCeed modeli 2019-cu ildə debüt edib. Beləliklə, istehsalına başlanılmasından üç il və yenilənmiş Ceed ailəsinin təqdimatından düz bir il sonra XCeed modeli ilk ciddi yeniləməyə hazırlaşır.

Krossoverin iyulun 18-də baş tutacaq debüt ərəfəsində Kia yenilənmiş modelin iki eskizini dərc edərək, ictimaiyyətin XCeed krossoverinə olan marağını artırmağa çalışır: modeli yeni GT-Line “idman” versiyasında nümayiş etdiriblər. Avtomobilin eksteryerindəki dəyişikliklər təkamül xarakterli olacaqdır. Bununla belə, kapotun altında daha ciddi dəyişikliklər gözlənilir.

Kia XCeed GT-Line yeni duman əleyhinə fənərləri olan yenilənmiş bamperləri və üç LED “bumeranqı” olan nazik ön fənərləri alacaqdır. Arxada buraxılış sisteminin başqa saxta çıxış borularını və işıq saçan nöqtələri olan fənərləri görmək olar  - oxşar naxışı bir il əvvəl yenilənmiş Ceed GT-Line modeli də alıb. Oval altlığı olmayan yeni Kia loqosu da mövcuddur.

Kia yenilənmiş modelin salonunu nümayiş etdirməyib, lakin onun ailənin digər modellərinin interyerləri ilə bənzər şəkildə yenilənəcəyi gözlənilir. Model 12,3-düymlük virtual cihazlar panelinə, yenilənmiş multimedia sisteminə, bir sıra yeni elektron köməkçilərə və yeni tərtibat variantlarını alacaqdır.

Texniki hissədə ciddi düzəlişlər baş verməlidir. İlkin məlumatlara görə, yenilənmiş krossover yalnız hibrid güc qurğuları ilə təklif olunacaqdır. Artıq onların ikisi məlumdur: 120 at qüvvəli 1,0-litrlik “turboüçlüyə” əsaslanan “yumşaq” hibrid və 1,6-litrlik atmosfer aqreqatı və 44,5 kilovatlıq elektrik mühərriki olan plagin (PHEV) versiyası.

İkinci halda güc qurğunun ümumi hasilatı 140 at qüvvəsi təşkil edəcək, 8,9 kilovat-saatlıq batareya isə, elektrik ötürməsi ilə 60 kilometrə qədər yürüş məsafəsini təmin edəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.