Kia şirkəti dördüncü nəsil Carnival miniveninin interyer şəkilini dərc edib. Yeni miniven cari nəsil Kia Sorento krossoverinin bəzi elementlərinə, həmçinin vahid şüşə panel altında birləşdirilmiş virtual cihazlar panelinə və multimedia sisteminin sensor ekranına sahib olub. Hər iki ekranın diaqonalı 12,3 düymdür.
Kia Carnival modeli də, digər yeni Kia və Hyundai modelləri kimi, transmissiyanın ənənəvi dəstəyi əvəzinə fırlanan selektorla təchiz ediləcəkdir. Modelin sükanı da, son Sorento modelindən götürülüb. Şirkət Carnival modelinin "öz sinfindəki ən geniş baqaj bölməsinə" malik olduğunu iddia etsə, dəqiq həcmi səsləndirməyib.
Yeni Carnival minivenin ölçüləri böyüyüb: modelin uzunluğu 5155 millimetr, eni 1995 millimetr, hündürlüyü isəö 1740 millimetr təşkil edir. Beləliklə, yeni miniven sələfindən 40 millimetr uzun və 10 millimetr enli olub.
Təkər bazası da 30 millimetr artaraq 3090 millimetrə çatıb. Avtomobilin ön çıxışı qısaldırılıb. Təəssüf ki, bu günə olan rəsmi məlumatlar bununla bitir: Kia salon görüntülərini və texniki xüsusiyyətləri əks etdirən məlumatı dərc etməyib.
Təsdiqlənməmiş məlumatlara görə, yeni Carnival miniveni texniki cəhətdən bir müddət bundan öncə təqdim olunmuş Sorento krossoveri ilə unifikasiya edilib. Bu, minivenin virtual cihazlar panelinə, həmçinin 2.2-litrlik turbodizel aqreqatı və 2.5 T-GDi benzin turbomühərriki daxil olan mühərrik çeşidinə sahib olacağı anlamına gəlir.
ABŞ bazarında satılan Sedonia adı ilə satılan miniveni V6 mühərriki ilə də təklif edəcəklər. Yeni miniven Cənubi Korayada bu ilin üçüncü rübündə təqdim edilməlidir. Yeni modelin satışlarına təqdimatdan dərhal sonra başlanacaqdır.