Bu gün Cənubi Koreya istehsalçısı olan KİA şirkəti yeni nəsil Morning hetçbekinin təsvirlərini dərc etmişdir. Adı çəkilən Morning modeli Azərbaycan bazarında Picanto kimi tanınmışdır. Bununla belə, istehsalçı avtomobil haqqında heç bir texniki məlumat verməmişdir.
Təsvirlərdən göründüyü kimi, Kia Picanto modelinin yeni nəsli cari modeldən radiator barmaqlığı ilə “birləşdirilmiş” yeni formalı ön fənərlərlə seçilir. Bundan əlavə, tərtibatı dəyişdirilmiş arxa fənərləri də müşahidə etmək mümkündür. Avtomobilin salonunda yeni nəsil KİA Rio modelinin dizayn üslubunda hazırlanmış klimat-kontrol və multimedia sisteminin yeni iadrəetmə blokunu görmək olar. Yeni Kia Morning modelinin təqdimatının gələn ilin birinci yarısında baş tutacağı bildirilmişdir. Avpropa üçün nəzərdə tutlan Picanto modelinin təqdimatı isə, çox güman ki, gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.