Kia şirkəti yeni nəsil Picanto hetçbeki haqqında ətraflı məlumatı və yeni fotoşəkilləri dərc etmişdir. Bir litrlik turbomühərriklə təchiz edilən modelin kütləvi təqdimat mərasimi mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

Yeni Kia Picanto modelinin qabarit uzunluğu 3595 millimetr, eni – 1595 millimetr, hündürlüyü – 1485 millimetr, təkər bazasının uzunluğu isə 2400 millimetr təşkil edir. Avtomobilin qabarit ölçüləri dəyişməsə də, onun təkər oxlar arasındakı məsafəsi 15 millimetr artmışdır.  Hetçbekin baqaj bölümünün həcmi də 200-dən 255 litrə qədər artmışdır. Picanto daha sərt köndələn stabilizatorları olan yenidən tənzimlənmiş asmaya, daha smöhkəm  kuzova və yaxşılaşdırılmış səs izolyasiyasına sahib olmuşdur. Bundan başqa, sükan mexanizminin ötürmə əmsalı 13% “qısaldılmışdır” ki, artıq sükan 2.8 dövrün ərzinə 3.4 dövr edir. Həmçinin, yeni Picanto əyləc vasitəsi ilə dartma vektorunun işini təqlin edən sistemlə də təchiz edilmişdir.

Yeni nəsil Kia Picanto hetçbeki, birbaşa yanacaq çilənmə sistemi ilə təchiz edilmiş, 100 at qüvvəsi gücü olan bir litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı 5-pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışır. Modelin mühərrik çeşidinə 67 at qüvvəsi gücü olan 1,0-litrlik üç silindrli və 84 at qüvvəsi olan 1,2-litrlik dörd silindrli mühərriklər daxildir. Sonuncu mühərriki dörd pilləli avtomat ötürmələr qutusu ilə də təchiz edilə bilər. Hetçbekin təchizatına yeddi düymlük ekranı olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən yeni multimedia kompleksi, arxa görüntü kamerası, smartfonların naqilsiz doldurulması və öndən toqquşmaları önləyən sistem daxil edilmişdir. Yeni Kia Picanto modelinin Avropadakı satışları bu ilin ikinci rübündə başlayacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt