Kia şirkəti 13 fevral 2022-ci il tarixində ABŞ-da keçiriləcək Superkuboka qayıdacağını bəyan edib. ABŞ-ın Milli Futbol Liqasının çempion titulu uğrunda keçiriləcək final oyunundan əvvəl Cənubi Koreya markası EV6 krossoverinin reklamını göstərəcəkdir. Bu dəfə reklam çarxında robotlaşdırılmış köpək də iştirak edəcəkdir.
Kia şirkəti EV6 elektrik krossoverini Plan S startegiyası çərçivəsində yaradılmış ilk model kimi səciyyələndirir. Elektrokar Koreya brendinin diqqətini elektrikləşdirilmiş nəqliyyat vasitələrinə tərəf yönəltməlidir. Kia EV6 elektrik krossoveri Şimali Amerika bazarında yaxın iki həftə ərzində satış debütü etməlidir. Elektrokarın minimum qiyməti 42.115 dollar olacaqdır.
“Superboul” ABŞ-da reklam yerləşdirmək üçün ən bahalı meydançadır. Hər il final oyununu yüz milyona yaxın tamaşaçı izləyir. Bu dəfə 30 saniyəlik reklam çarxının qiyəmti 6,5 milyon dollar təşkil edir. Yeni reklam çarxında Kia EV6 krossoveri robot-köpəklə birlikdə çəkiləcəkdir. Koreya markası bu yolla ev heyvanlarını qəyyumluğa götürən Petfinder Foundation xeyriyyə təşkilatı ilə əməkdaşlığı barədə danışacaqdır. Bütün təfərrüatlar final oyununa yaxın açıqlanacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.