Kia şirkəti yığcam ölçülü Sonet krossoverinin ilk tizerini dərc edərək, modelin təqdimat tarixini açıqlayıb. Kia şirkəti yeni yığcam krossoveri avqust ayının sonuna qədər təqdim edəcəyini bildirib.
Xatırladaq ki, Kis Sonet modelinin prototipi Hindistanda keçirilmiş Auto Expo 2020 sərgisində nümayiş etdirilib. Kia Sonet modeli, keçən ilin yazında debüt etmiş Hyundai Venue krossoverinin yaxın qohumudur. Hər iki avtomobilin dörd metrə yaxın olan uzunluğu güzəşt verilən avtomobillər siyahısına düşməyə imkan verir. Bununla belə, Sonet modeli Venue’dən korporativ üslubda olan orijinal kuzovu ilə seçilir.
Kia şirkəti avtomobilin interyer dizaynını açıqlamayıb. Sərgidə nümayış etdiriən model tamamilə tündləşdirilmiş şüşələrə malik olub. Bununla belə, koreyalılar avtomobilin 10,25-düymlük ekranı olan multimedia və Bose səs sistemi ilə təchiz ediləcəyi bildirilib.
Texniki cəhətdən Kia Sonet qohumu olan Hyundai Venue modelini təkrarlayır. Venue Hindistanda üç mühərriklə təklif edilir. Bunlar 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki, 120 at qüvvəli 1,0-litrlik turbomühərrik və 90 at qüvvəli 1,4-litrlik turbodizeldir. Güc aqreqatları mexaniki qutu və bir muftalı sadə iMT «robotu» tandemdə çalışırlar. Ötürmə - ön oxadır. Çox güman ki, Sonet modelinin şassisi «idman» tənzimləmələrinə sahib olacaqdır.
Hələlik, Kia Sonet yalnız Hindistan bazarında satılacaqdır. Krossover Hyundai şirkətinin yerli zavodunda istehsal ediləcəkdir. Sonradan model digər bazarlarda da peyda ola bilər. Nəzərə alsaq ki, Hyundai Venue Şimali Amerikada təklif edilir, bu o qədər də çətin olmayacaqdır.