Bu gün Nyu Dehlidə işinə başlamış Auto Expo 2020 sərgisində Kia şirkəti yığcam Sonet krossoverini nümayiş etdirib. Hələlik krossover konsept statusunda debüt edib, lakin onun seriya variantı ilin sonuna qədər işıq üzü görməlidir. Kia Sonet krossoveri Seltos və Carnival modellərindən sonra Hindistanda istehsal edilən üçüncü model olacaqdır.
Kia Sonet modeli, keçən ilin yazında debüt etmiş Hyundai Venue krossoverinin yaxın qohumudur. Hər iki avtomobilin dörd metrə yaxın olan uzunluğu güzəşt verilən avtomobillər siyahısına düşməyə imkan verir. Bununla belə, Sonet modeli Venue’dən korporativ üslubda olan orijinal kuzovu ilə seçilir.
Hələlik, Kia şirkəti avtomobilin interyer dizaynını açıqlamayıb. Sərgidə nümayış etdiriən model tamamilə tündləşdirilmiş şüşələrə malikdir. Bununla belə, koreyalılar avtomobilin 10,25-düymlük ekranı olan multimedia və Bose səs sistemi ilə təchiz ediləcəyi bildirilib.
Texniki cəhətdən Kia Sonet qohumu olan Hyundai Venue modelini təkrarlayır. Venue Hindistanda üç mühərriklə təklif edilir. Bunlar 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki, 120 at qüvvəli 1,0-litrlik turbomühərrik və 90 at qüvvəli 1,4-litrlik turbodizeldir. Güc aqreqatları mexaniki qutu və bir muftalı sadə iMT «robotu» tandemdə çalışırlar. Ötürmə - ön oxadır. Çox güman ki, Sonet modelinin şassisi «idman» tənzimləmələrinə sahib olacaqdır.
Hələlik, Kia Sonet yalnız Hindistan bazarında satılacaqdır. Krossover Hyundai şirkətinin yerli zavodunda istehsal ediləcəkdir. Sonradan model digər bazarlarda da peyda ola bilər. Nəzərə alsaq ki, Hyundai Venue Şimali Amerikada təklif edilir, bu o qədər də çətin olmayacaqdır.