Kia yeni Sorento krossoverinin model çeşidinə X-Line “off-road” versiyasını daxil edib. Sorento X-Line modeli artırılmış klirensi, yenidən tənzimlənmiş şassisi, daha praktik bamperləri və alternativ tam ötürməsi ilə seçilir. Hələlik Kia Sorento X-Line modeli ABŞ bazarında satılacaqdır, lakin gələcəkdə modelin satış coğrafiyası genişlənə bilər.
Kia Sorento X-Line modelinin təqdimatı Şimali Amerikada baş tutub. Yeni modifikasiyanın satışlarına da məhz Yeni Dünyada başlanacaqdır. Sorento X-Line modeli adi krossoverdən 25 millimetr artırılmış klirensi ilə fərqlənir - beləliklə, Sorento X-Line modelinin klirensi 211 millimetrə çatır. Artım fərqli şassi tənzimləmələri, 20-düymlük yüngül lehimli təkər diskləri və daha yüksək profilli şinlərin quraşdırılması sayəsində əldə edilib.
Zahiri cəhətdən, Kia Sorento X-Line modelini iri dam reylinqləri, qanadlardakı dekorativ örtmələri, həmçinin boyanmamış plastik və alüminiumdan hazırlanmış qoruyucu əlavələri olan orijinal bamperləri sayəsində asanlıqla tanımaq olar. Tam ötürmə sisteminin alqoritmlərinə “qar” rejimi əlavə edilib. Kia Sorento X-Line modelinin standart təchizatına enişə yardım sistemi daxildir.
X-Line modelinin avadanlıq siyahısında göstərilən digər xüsusiyyətlər Şimali Amerika bazarında satılan bütün Sorento modelləri üçün əlçatandır. Məsələn, ABŞ bazarında satılan krossoverlər altıyerli konfiqurasiyasında sifariş edilə bilər. Hərəkət rejiminin seçilməsi sisteminin şaybasının yerinə amerikalılara tanış olan qeydə alınan selektor ilə əvəzlənib.
Eyni zamanda, “amerikalı” Kia Sorento modelləri, digər ölkələrdə satılanlardan mühərrik çeşidi ilə görə fərqlənir. baza krossoveri 194 at qüvvəsi və 247 Nm fırlanma anı hasil edən 2,5-litrlik benzin atmosfer mühərriki və 8-pilləli “avtomat” ilə təchiz olunur. Top variant 285 at qüvvəsi və 421 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomühərrik və iki muftalı 8-pilləli “robot” ilə təklif edilir. 2,5-litrlik mühərrikləri olan Kia Sorento modeli həm ön, həm də tam ötürməli ola bilər.
1,6-litrlik “turbodördlük” və elektromotor quradılrılmış 6-pilləli “avtomat” və 1,5 kilovat-saatlıq batareya ilə təchiz edilən Kia Sorento Hybrid modeli model xəttində ayrıca yer alır. Hibrid qurğunun ümumi hasilatı 230 at qüvvəsi və 350 Nm təşkil edir, lakin hibrid. model üçün tam ötürmə nəzərdə tutulmayıb.
Kia Sorento modelinin ABŞ-dakı satış qiymətləri hələ açıqlanmayıb, lakin yeni krossoverin ilin sonuna qədər satışa çıxarılacağı məlumdur. Təxminən eyni zamanda, yeni Sorento, Kia'nın rus salonlarına çatacaq.