Kia Sorento krossoveri X-Line adlı yeni modifikasiyaya sahib olacaqdır. Yeni Sorento modelinin yerli təqdimatı öncəsi, Kia markasının Şimali Amerika ofisi yolsuzluq üçün uyğunlaşdırılmış krossoverin şəklini dərc edib. ABŞ-da satılacaq Sorento ailəsi 22 sentyabrda təqdim edilməlidir, lakin X-Line versiyası Avropada da satışa çıxarıla bilər.
Kia Sorento X-Line modelinin dərc edilmiş tizeri off-road versiyasında ön qanadlarda və qapılarda tərkibli qara plastik lövhələrin yerləşdiriləcəyindən və rəng palitrasına tünd-yaşıl Undercover Green metallik çalarının əlavə ediləcəyindən xəbər verir. Yeni modifikasiyanın bütövlükdə göstərildiyi şəkilin keyfiyyəti çox aşağıdır, lakin Sorento X-Line modelinin iri ölçülü dam reylinqləri və daha yüksək profilli təkərlər ilə təchiz edildiyini görmək olar.
Sorento X-Line modelinin qara plastikdən hazırlanmış müdafiə qurşağına və aşağı hissəsi gücləndirilmiş bamperlərə sahib olacağını güman etmək olar. Texniki dəyişikliklər barədə məlumat verilmir: krossover, Rio X-Line modeli kimi tənzimlənmiş asqıya və artırılmış klirensə malik ola bilər, ancaq dəyişikliklərin yalnız kosmetik xarakter daşıması da istisna olunmur.
ABŞ-da dördüncü nəsil Kia Sorento modelini 281 at qüvvəsi və 421 Nm fırlanma anı hasil edən 2.5-litrlik benzin turbomühərrik və ya 1.6-litrlik benzin mühərrikinin əsasında hazırlanmış mülayim hibrid güc qurğusu ilə təklif edəcəkdirlər. Hibrid qurğunun hasilatı 230 at qüvvəsi və 350 Nm təşkil edir.
Kia Sorento X-Line haqqında daha ətraflı məlumat 22 sentyabr çərşənbə axşamı günü təqdim ediləcəkdir. X-Line modifikasiyanın təkcə Şimali Amerikada deyil, həm də qlobal bazarda təklif olunacağı istisna olunmur.