Çərçivəli Kia Tasman pikapının satışlarına start verilib. Gözlənildiyi kimi, pikap üçün ilk bazar onun istehsalının təşkil edildiyi Cənubi Koreya olub. Sifariş yalnız 2,5 T-GDI benzin “turbodördlüyü” (281 at qüvvəli) avtomobillərə qəbul olunur.
Dörd təchizat səviyyəsindən (Dynamic, Adventure, Extrme və X-Pro) və iki ötürmə növündən seçim imkanı mövcuddur. Tasman modelinin baza versiyasının qiyməti 37.5 milyon von (26.000 dollar), tamötrüməli X-Pro top versiyası üçün isə, 52.4 milyon von (36.000 dollar) tələb edilir. Daha sonra Kia Tasman pikapı Avstraliya, Afrika və Yaxın Şərq ölkələrində satış debütü edəcək, onun mühərrik çeşidində isə, dizel aqreqatı peyda olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.