Hyundai Palisade krossoveri ilə eyni vaxtda onun ən yaxın qohumu olan üçcərgəli Kia Telluride krossoveri də planlaşdırılmış restylinqdən keçəcəkdir. Onların bir neçə ay fərqlə debüt etməsinə baxmayaraq, yenilənmiş avtomobillərin nümayişi eyni vaxtda - aprelin 13-də Nyu-York avtosalonunda baş tutacaqdır. Doğrudur, Palisade krossoverindən fərqli olaraq, Telluride Şimali Amerikadan kənarda praktiki olaraq tanınmır: Kia bu krossoverləri yalnız ABŞ-da istehsal edir, ona görə də onun mühərrik çeşidində dizel aqreqatı belə yoxdur.

Image alt Image alt

Dərc edilmiş tizerlərdən göründüyü kimi, Kia Telluride tanınan dizaynını qoruyub saxlayacaq, lakin yeni bamperlər və radiator barmaqlığını alacaqdır. Üstəlik, gündüz hərəkət işıqlarının naxışı da dəyişəcəkdir: hazırkı düzbucaqlı işıqları iki şaquli zolaq əvəzləyəcəkdir. Bununla belə, interyerdə böyük dəyişikliklər gözlənilir: cihazlar panelinin və media sisteminin ekranları geniş günəşliksiz paneldə birləşdiriləcəklər. Nəhayət, modifikasiya çeşidində Telluride X Pro "ofroud" versiyası peyda olacaqdır. Artıq bizə təfərrüatları gözləmək qalır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.