Bu beş metrlik krossover tam ölçülü restaylinqdən keçmək üçün hələ çox gəncdir: Tellurade modelinin təqdimatında cəmi iki il yarım ötür. Buna baxmayaraq, Kia şirkəti Telluride krossoverini yüngül şəkildə yeniləməyə qərar verib. Krossover dəyişdirilmiş radiator barmaqlığına və yeni emblemlərə sahib olub.
Krossoverin baza təchizatı da genişləndirilib. Bundan sonra, klimat-kontrol (bəli, bu günə qədər yalnız adi kondisioner təklif edilirdi), magistral yarımavtopilotu və bu günə qədər bahalı versiyalarda quraşdırılan mediasistemin 10.25-düymlük ekranı (standart olaraq səkkiz düymlük ekran var idi) standart təchizata daxil olacaqdır.
Kia Telluride modeli əvvəlki kimi yalnız 295 at qüvvəli 3,8-litrik V6 benzin mühərriki və səkkiz pilləli "avtomat" ilə təklif olunur. Ötürmə - ön oxa və ya tam ola bilər. Yeniləmədən sonra krossoverin başlanğıc qiyməti 600 dollar artıb: indi krossover ABŞ-da 32.790 dollardan (çatdırılma daxil deyil) başlayan qiymətlərlə satılır.
Yeri gəlmişkən, keçən il Amerika bazarında 75 min Telluride öz sahibini tapıb. Müqayisə üçün, Honda Pilot 124 min, Toyota Highlander isə 95 min nüsxədə satılıb. (c) Autograph.az