Kia şirkəti flaqman krossoveri olan Telluride modelinin ikinci nəslini təqdim edib. Bu modelə böyük ümidlər bəslənir, çünki onun sələfi Şimali Amerika bazarında çox populyar olub. Yeni Kia Telluride bu uğuru davam etdirməyi hədəfləyir və bunun üçün onun arsenalında hər şey var - müasir eksteryer və interyer dizaynı, eləcə də yenidən işlənmiş mühərrik çeşidi.
Yeni krossoverin görünüşü, kəskin bucaqlar və hamar xətlər ilə tamamalanmış Opposites United firma dizayn üslubunun təkamülüdür. Sələfindən qalan yeganə element xarakterik şaquli ön və arxa işıqlandırma texnikasıdır. Qalan halda isə, krossover şaquli yarıqları olan nəhəng, parlaq radiator barmaqlığının hökmranlıq etdiyi yeni obraza malikdir. Krossoverin profili hamar yan tərəflər, irəli çıxan qapı tutacaqları və arxa dayağın “üzgəci” ilə fərqlənir.
Kuzov rənglərinin palitrasında 12 çalar seçimi mövcuddur. Yeni Kia Telluride sələfindən daha böyükdür: onun uzunluğu 5060 millimetr (+ 58 millimetr), hündürlüyü 1775 millimetr (+ 25 millimetr), təkər bazası isə, 2969 millimetr (+ 69 millimetr) təşkil edir. Bununla belə, avtomobilin eni (1989 millimetr) dəyişməyib. Təkər disklərinin diametri 18 ilə 21 düym arasında dəyişir.
Standart krossoverlərlə yanaşı, Kia Telluride X-Pro ofroud versiyası da təqdim edilib. Onun kuzovun aşağı perimetri boyunca uzanan rənglənməmiş plastikdən müdafiə qurşağı və düzbucaqlılardan yaradılmış radiator barmaqlığı var. Damda böyüdülmüş və gücləndirilmiş dam reylinqləri quraşdırılıb. Ön və arxa yedək gözləri, əlavə işıqlar və “caynaqlı” şinlər də mövcuddurlar, klirensi isə, 230 millimetrə qədər artırılıb. Ofroud cəlbediciliyini funksionallıqdan üstün tutanlar üçün isə, Telluride X-Line versiyası hazırlanıb. Zahiri cəhətdən o, X-Pro modelini təkrarlayır, lakin artırılmış klirens və işə yararlı əlavələrdən məhrumdur.
Yeni Kia Telluride modelinin salonun cihazlar paneli və məlumat-əyləncə sisteminin 12,3-düymlük ekranlarının birləşdiyi tək, günəşliksiz blok olan iki səviyyəli ön panel quraşdırılıb. Əlbəttə ki, proyeksiya displeyi olmadan da ötüşməyib. Transmissiyanın selektoru mərkəzi tuneldən sükan sütununa keçib. Bort elektronikası simsiz Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir və süni intellektə əsaslanan səs köməkçisi ilə təchiz olunub. Disney+, Netflix və YouTube axın xidmətləri də əlçatandır. Sistemin interfeysi 30 NBA komandası və Disney franşizalarını əhatə edən mövzuları ehtiva edir. Musiqi sevərlər üçün 14 dinamiki və 10 düymlük sabvuferi olan Meridian səs sistemi nəzərdə tutulub.
Yaradıcıların sözlərinə görə, Kia Telluride krossoverinin üçsıralı salonu xeyli rahat olub. Məsələn, yoldan gələn səs-küyün və vibrasiyann qarşısını almaq üçün yaxşılaşdırılmış izaolyasiya tətbiq edilib. Ön oturacaqlar daha genişdir və ayaq dayaqları ilə təchiz olunub. İkinci sıra ön oturacaqlar kimi qızdırılan və havalandırılan divan və ya fərdi oturacaqlar ilə təchiz edilə bilər. Bundan əlavə, əlavə ödəniş müqabilində qızdırılan üçüncü cərgə də mövcuddur.
Premium keyfiyyətli tərtibat materialları vəd olunur - müxtəlif rəng və fakturaların kombinasiyaları, ağacı imitasiya edən yüksək keyfiyyətli örtmələr və əsl metaldan dekor. Artmış ölçülər üçsıralı salonu daha geniş edib. Üstəlik, yenidən işlənmiş düzülüş giriş və çıxışı daha rahat edir. Üçüncü sıranın arxasındakı baqaj bölməsinin həcmi 631 litr, ikinci və üçüncü sıraların qatlanması halında psə, bu həcm müvafiq olaraq, 1311 və 2461 litrə qədər artır.
Əsas texniki dəyişiklik 3,8-litrlik V6 GDI mühərrikindən (295 at qüvvəsi, 356 Nm) imtinadır. Onun yerinə 2,5-litrlik dördsilindrli turbomühərrikin iki versiyası təklif olunur. Səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışan standart versiya 278 at qüvvəsi və 422 Nm hasil edir. Ön və ya tam ötürməli variantlar mövcuddur. Telluride X-Pro ofroud versiyası standart olaraq tam ötürmə və elektron idarələnən E-LSD differensialı ilə təchiz olunur. Yedəyə alınan qoşqunun maksimal çəkisi 2268 kiloqramdır.
İkinci variant Hyundai Palisade modelindən tanış olan hibrid güc qurğusudur. Burada eyni 2,5-litrlik turbomühərrik iki elektrik mühərriki ilə birlikdə çalışır. Əsas elektrik mühərriki 6-pilləli avtomatik transmissiyaya inteqrasiya olunub və təkərin fırladılmasına və rekuperasiyadan məsuldur, ikinci mühərrik isə, tərpənmə zamanı köməklik göstərir və generator rolunda çıxış edir. Güc aqreqatının ümumi hasilatı 334 at qüvvəsi və 460 Nm-dir. Dartma batareyasının tutumu 1,65 kilovat/saatdır, ona görə də onu doldurmaq mümkün deyil. Qət edilən məsafənin 966 kilometr olduğu bildirilir. Hibrid Telluride mühərriki işə salmadan 20 dəqiqə ərzində özünün tam şəklidə elektrik enerjisi ilə təmin etməyə imkan verən xüsusi dayanacaq rejiminə malikdir.
Yeni krossoverin ilk kütləvi nümayişi Los-Anceles avtosalonunda baş tutub. İkinci nəsil Kia Telluride modelinin ABŞ-dakı satışlarına 2026-cı ilin birinci rübündə başlanmalıdır. Böyük ehtimalla, qsatış iyməti də həmin vaxt açıqlanmalıdır. Krossoverlər Corciya ştatındakı West Point zavodunda yığılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









