Yüksək keçimli Kia XCeed hetçbekinin görünüşü artıq sirr deyil. Avtomobilin reklam fotosessiyası zamanı çəkilmiş şəkillər yeni modelin eksteryer dizaynını tamamilə açıqlayır. Oktyabr ayında istehsalına başlanacaq modeli öndən və ya tamçəkişli ötürmə ilə təklif edəcəkdirlər.
Kia XCeed bu ailənin digər modellərindən tamamilə dəyişdirilmiş ön hissəsi ilə seçilir. Avtomobil başqa radiator barmaqlığına, yeni formalı fənərlərə, həmçinin üfüqi gümüşü xəttləri olan ön bamperə sahib olub. Arxada isə dəyişikliklər cüzi xarakter daşıyır: burada başqa baqaj qapağını, fənərləri və buraxılış sisteminin çıxış boruları quraşdırılmış «diffuzoru» görmək olar.