KIA şirkəti Cənubi Koreyada K7 adı ilə tanınan Cadenza modeli haqqında məlumat yaymışdır. Sedanın ilk fotoşəkilləri keçən ilin noyabr ayında dərc edilmişdir. O zaman koreyalılar yalnış şəkillərlə kifayətlənərək avtomobilin texniki xüsusiyyətləri barədə açıqlama verməmişdirlər. Yayılmış məlumatda bildirilir ki, yeni avtomobilin qabarit uzunluğu 4970 millimetr, eni - 1870 millimetr, hündürlüyü isə 1470 millimetrdir.

Avtomobilin təkərlərarası bazası 10 millimetr artaraq 2855 millimetr olmuşdur. Yeni model işıq diodlarından hazırlanmış ön fənərlər və LED elementlər olan arxa fənərlərlə təchiz edilir. Ölkədən aslı olaraq KIA Cadenza modelinin mühərrik qammasına 2,2-litrlik dizel mühərriki, 2,4 və 3,3-litlik benzin mühərrikləri daxil ediləcəkdir. Sonuncu mühərrikin gücü 290 at qüvvəsi olacaqdır.

2016-cı ilin ikinci yarısında Cadenza’nın hibrid güc aqreqatı ilə təchiz edilmiş modifikasiyasının da  təklif ediləcəyi gözlənilir. Bundan başqa, Genesis G90 modelində debüt etmiş 370 at qüvvəli 3,3-litrlik ikiqat turbokompressorlu V6 mühərrikinin də Cadenza’nın motor qammasına daxil ediləcəyi istisna olunmur.

Avtomobil üçün təklif edilən avadanlıqlar siyahısına «ölü» zonalara nəzarət sistemi, adaptiv kruiz-kontrol və təcili dayanma sistemi daxildir. Cənubi Koreyada artıq sifarişlərin qəbuluna başlanmışdır. KIA Cadenzanın yerli bazarda qiyməti 30,8 - 39,4 milyon von (40,0 - 51,2 min manat) arasındadır.