Bəzi məlumatlara görə, bu, növbəti Cerato modeli deyil, daha böyük, daha sanballı olacaq və daha yüksək qiymət seqmentinə keçəcək yeni Rio modelidir. Avtomobil Latın Amerikası, Şərqi Avropa və Yaxın Şərqdə satılacaq. Bununla belə, koreyalıların Qərbi Avropa və Avstraliya ilə bağlı planları yoxdur.
Yeni Kia K3 modelinin təqdimatı avqustun 9-na planlaşdırılıb. Maraqlıdır ki, təqdimat koreyalıların minik avtomobilləri bazarının 8,2 faizini tutduğu və hətta yerli bazarda bestseller olan Rio modelinin istehsal edildiyi Meksikada keçiriləcək.
Azərbaycanda K3 modeli Cerato, Amerikada Forte adı ilə tanınır. Bununla belə, Avstraliyanın “Drive” nəşri söhbətin yığcam sedandan deyil, Rio modelinin varisindən gedir. Əgər bunlar doğrudursa, B sinifindən olan model nəzərəçarpacaq dərəcədə böyüyəcək və daha yüksək qiymət seqmentinə keçəcək.
Yeni K3/Rio modelinin əsas bazarları sərt ekoloji standartların hələ də tətbiq edilmədiyi Latın Amerikası, Şərqi Avropa və Yaxın Şərq olacaq. Təsdiqlənməmiş məlumata görə, modelin satışlarına payızda başlanacaq və model iki variantda - sedan və hetçbek kuzovu ilə buraxılacaq. Lakin Rio Qərbi Avropada satılmacaq. Sükanı sağ tərəfdə yerləşən versiya da olmayacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.