Cənubi Koreyanın intellektual mülkiyyət üzrə hüquqlar xidmətində (KIPRIS) yeni Kia loqotipinin təsvirləri peyda olub. Belə loqotip bu ilin yazında keçirilmiş Cenevrə avtosalonunda nümayiş etdirilmiş Imagine by Kia konseptində istifadə edilmişdi.
Xidmətin bazasında məlumatdan göründüyü kimi, Kia şirkəti iki dəfə - iyul və noyabr ayında əmtəə nişanını qeydə almaq üçün bir neçə müraciət göndərib. Buna bənzər loqotiplərdən Imagine by Kia konseptində də istifadə edilibdir. Lakin, kuzovun və sükanın üzərindəki loqotiplər bir-birindən fərqlənirdi.
Hələlik, Kia şirkətinin yeni loqotipi hansı məqsədlə qeydə aldığı məlum deyildir. Yeni loqotipin yeni modellərə və ya bu markadan olan elektromobillərə veriləcəyini də ehtimal etmək olar.