Cənubi Koreyanın İnçon şəhərində, Ginnesin Rekordlar Kitabına daxil olan pirotexnik şou keçirilib. Bu bədii tamaşada eyni zamanda havaya yüzlərlə fişəng buraxan rekord sayda insansız hava aparatından (303 ədəd) istifadə edilib. Beləliklə, Kia şirkəti özünün əsas beynəlxalq saytlarında artıq peyda olan yeni loqosunu təqdim edib. Tezliklə yeni loqo hər yerdə (avtomobillər daxil olmaqla) bizə yaxşı tanış olan emblemi əvəz edəcəkdir.
Əslində, yeni loqotipin çarçısı iki il əvvəl Imagine by Kia konseptində nümayiş etdirilib. Markanın adı fərqli bir şriftlə yazılır, əlyazma imzaya bənzəyir və çərçivə ovalından məhrumdur. Korporativ əfsanəyə görə, "yeni loqotip simmetriya, ritm və yüksəliş elementlərini özündə birləşdirir" ki, bu da "Kia inamını və müştəri bağlılığını özündə cəmləşdirir". Eyni zamanda, markanın yeni şüarı da elan olunub: Movement that inspires, yəni "ilham verən hərəkət".
Lakin bu son deyil: 15 yanvar tarixində şirkətin yeni qlobal inkişaf strategiyasının təqdimatının keçirilməsi planlaşdırılır. Xatırladaq ki, bir il əvvəl Kia şirkəti elektrifikasiyanı nəzərdə tutan Plan S strategiyasını təqdim etmişdi. Bu plan, daxili yanma mühərriklərindən imtinanı, istehsalın sürətlənməsini və əlbəttə ki, satışların strukturunda ofrouder və krossoverlərin payını artırmasını nəzərdə tutur. Hələlik şirkət 2021-ci ilə olan satış planını açıqlayıb: 2.92 milyon avtomobil. Keçən il 2.61 milyon Kia avtomobili satılıb. 2019-cu ilə nisbətən 5.9 faizlik azalma pandemiya ilə əlaqəlidir.