Kia şirkəti Soul krossoverinin növbəti nəslinin ilk tizerini dərc edib. Yeni modelin rəsmi təqdimat mərasimi bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.
Dərc olunmuş şəkildən də göründüyü kimi, yeni Soul bu modelə məxsus olan dizayn üslubunu qoruyub-saxlayacaqdır. Bunlar kuzovun iti tərəfləri olan düzbucaqlı forması və şaquli arxa fənərlərdir. Eyni zamanda, avtomobilin arxa hissəsində modelin adı həkk edilmiş plastik elementin də quraşdırıldığını görmək olar.
Yeni Kia Soul haqqında məlumat çox azdır. Şirkətdən avtomobilin benzin turbomühərriklər və elektrik güc aqreqatı ilə təklif ediləcəyini bildiriblər. Sonuncu modifikasiya 135 at qüvvəli elektromotor və 39 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Elektrik Soul 320 kilometr qət edəcəkdir.