Yeni loqotip və şüarın təqdim etdikdən sonra, Kia şirkəti qlobal fəaliyyət strategiyası barədə danışıb. Doğrudur, əslində bir il əvvəl təqdim olunan Plan S planının nəhayət icraya qəbul edildiyi bildirilib.
Planda daxili yanma mühərriklərindən tamamilə imtina edilməsi, elektrikləşdirməni həyata keçirilməsi, istehsal tempinin yüksəldilməsi, habelə satışların strukturunda ofrouder və krossoverlərin payının artırılması nəzərdə tutulurdu. Ancaq keçən bir il ərzində strategiya yenidən nəzərdən keçirilib və genişləndirilib.
Əsas məqsəd dəyişilməyib - elektromobillər seqmentindəki genişləndirmə. 2027-ci ilə qədər E-GMP modul platformasında inşa edilmiş yeddi elektromobil işıq üzü görəcəkdir. Bu elektrokarların arasında krossoverlər və hətta minivenlər də olacaqdır.
Hələlik bu ailə yalnız qaranlıq tizerdə nümayiş etdirilib, ancaq ilk model bu ilin ilk rübündə nümayiş etdirilməlidir: söhbət dolu batareya ilə 500 kilometrdən çox məsafə qət edəcək krossoverdən gedir. Yeri gəlmişkən, bu krossover həm də yeni emblemlə təchiz edilən ilk Kia avtomobili olacaqdır. 2025-ci ilədək şirkət dünya elektromobil bazarının 6,6 faizini tutmağı və 2026-cı ilədək 500,000 elektrokar istehsal etməyi planlaşdırır.
Ancaq yenilənmiş planda vacib bir əlavə var. Kia daha geniş profili olan şirkətə çevrilir: şirkət təkcə avtomobil istehsal etməyəcək, həm də mobillik xidməti göstərəcəkdir. Söhbət karşərinqdən, abunə xidmətindən və ənənəvi avtomobil sahibi olmaq sxeminə digər alternativlərdən gedir.
Bəzi ölkələrdə şirkət artıq Kia Mobility abunə sistemini istifadəyə verib. Əsas məqsəd belə xidmətlərin inkişafıdır. Profilin genişlənməsini vurğulamaq üçün, koreyalılar şirkətin adını belə dəyişdiriblər: artıq şirkət Kia Motors Corporation deyil, sadəcə Kia Corporation adlanır.
Yeni biznesin mənimsənilməsinin mühüm mərhələlərdən biri, korporativ avtomobil parkları üçün ixtisaslaşdırılmış PBV (Purpose-Built Vehicles) nəqliyyat vasitələrinin inkişafıdır. Söhbət ilk növbədə karşərinq üçün nəzərdə tutulmuş yığcam şəhər avtomobillərindən və çatdırılma xidmətləri üçün nəzərdə tutulan furqonlardan gedir.
Əlbəttə ki, onlar da E-GMP modul platformasına əsaslanacaqlar. Bu layihənin ortaqları, adı çəkilən avtomobillər üçün texnologiyalara sahib olan Canoo və Arrival startaplarıdır. Kia şirkəti, 2030-cu ilə qədər ixtisaslaşdırılmış avtomobillərə olan tələbatın beş dəfə artacağını gözləyir.