Kia şirkəti bu yay təqdim etməyə hazırlaşdığı yeni subkompakt krossoverinin eskizlərini dərc edib. Hyundai Creta modeli ilə rəqabət aparacaq yeni krossoverin hədəf kütləsi 1981-ci ildən sonra anadan olmuş insanlardır.
Yeni krossoverin dizaynı bu il Seul avtosalonunda təqdim edilmiş Kia SP Signature konseptinə əsaslanır. İstehsalçının söylədiyinə görə, onun gələcək modelləri məhz belə dizayna malik olacaqdırlar. Yeri gəlmişkən, konseptin bir çox stilistlik elementləri seriya avtomobilinə dəyişmədən köçürülübdür. Onların arasında radiator barmaqlığının yuxarı hissəsini haşiyələndirən gündüz hərəkət işıqlarının zolaqları olan ön LED fənərlər, uzun kapot və arxa bamperdəki çıxış borularını xatırladan dekorativ elementlər də vardır.
Koreyalılar yeni krossoverdə «müasir dizaynın, yığcam ölçülərin və geniş salonun vəhdət təşkil etdiyini» bildirirlər. Kia dizaynerləri məhz bu cəhətin Y nəslindən olan müştəriləri cəlb edəcəyini söyləyirlər. Yeni krossoverin Cənubi Koreyadakı satışlarına bu ilin sonuna qədər başlanacaqdır. Sonradan model Avropa istisna olmaqla başqa bazarlarda da təklif ediləcəkdir.