Kia K7 modeli Cənubi Koreya istehsalçısının ən iri və dəbdəbəli öndənçəkişli sedanıdır. Kia markasının model xəttində bu avtomobildən üstün olan yalnız arxaçəkişli platformada inşa edilmiş K900 sedanıdır. Yeri gəlmişkən, əslində K7 bizim bazarda daha çox Kia Cadenza adı ilə tanınır.
Üç il bundan öncə debüt etmiş K7/Cadenza plana əsasən bu il yenilənməli idi. Artıq bu məsələ də həllini tapıb. Bu gün Cənubi Koreyada keçirilən tədbirdə Kia yenilənmiş K7 sedanını təqdim edib. Yenilənmiş sedan bu gündən K7 Premier adı ilə satılacaqdır.
Avtomobilin yenilənməsi radiakal şəkildə həyata keçirilib - əvvəlki modeldən qalan yalnız qapılar və damdır. Yenilənmiş eksteryer sayəsində sedan daha aqressiv və sanballı görkəmə malik olub. Yəqin ki, koreyalıların yerinə başqa istehsalçı olsaydı, avtomobili «The all new K7» kimi qələmə verərdi. Şirkət dizaynerləri Z-şəkilli gündüz hərəkət və qabarit işıqlarının yerləşməsini və formasını tamamilə dəyişiblər, Arxa fənərlər də son tendensiyalara uyğun olaraq işıqlanan zolaq ilə birləşdiriliblər. Yeni aerodinamik dəst avtomobilin uzunluğunu 25 millimetr artıraraq 4995 metrə çatdırıb.
Avtomobilin salonunda baş vermiş dəyişiklikləri inqilab adlandırmaq olar. Burada tamamilə yeni ön paneli, konsol və mərkəzi tuneli görmək olar. Qalınlaşmış şüşələr sayəsində səs izolyasiyası da yaxşılaşdırılıb. Sedanın standart təchizatına dəri salon, havalandırlan ön oturacaqların elektriklə tənizmlənməsi, LED işıq texnikası, arxa görüntü kamerası, doqquz hava yastığı və qəzaları xəbərdar edən sistem daxil edilib.
Əlavə ödənişlə virtual cihazlar panelini də sifariş etmək olar. Dönmə işıqlarınınişə salınması halında 12,3-düymlük ekranda spidometr və taxometr əvəzinə yan kameralardan alınan görüntülər əks etdirilir. Tunelə girən zaman isə, sistem avtomatik olaraq resirkulyasiya rejimini aktivləşdirərək pəncərələri bağlayır. Ən bahalı multimedia sistemi də ciddi şəkildə təkmilləşdirilib: ekranın ölçüsü 8-dən 12,3 düymə qədər artırılıb, smartfonla məsafədən idarəetmə imkanları genişləndirilib. Bundan başqa, yağış və meşənin səsi də daxil olmaqla təbiətin səsi yazılmış altı «relaks» rejimi də təklif olunur, Üstəlik, ön və arxa kameralardan alınan görüntüləri videoqeydalan rejimində yazmaq olar.
Avtomobilin mühərrik çeşidindəki ən başlıca yenilik SmartStream ailəsindən olan 2,5-litrlik dördsilindrli GDI mühərrikidir. Qarışıq çiləməyə malik olan mühərrikin texniki xarakteristikaları açıqlanmayıb. Yeni mühərrik 190 at qüvvəli 2,4-litrlik GDI mühərrikini əvəzləyib. Modelin mühərrik çeşidində 266 at qüvvəli 3,0-litrlik GDI atmosfer mühərriki, 202 at qüvvəli 2,2-litrlik CRDi dizeli, qazla işləyən 235 at qüvvəli 3,0-litrlik V6 LPI mühərriki, həmçinin 159 at qüvvəli 2,4-litrlik MPI mühərrikinin və 52 at qüvvəli elektrik aqreqatının daxil olduğu hibrid güc qurğusu qalıbdır. 290 at qüvvəli 3,3-litrlik mühərrik isə qammadan çıxarılıb.
Bundan sonra bütün K7 modelləri qeydə alınmayan dəstəyi olan müasir səkkiz pilləli avtomatik qutu ilə təchiz ediləcəkdirlər. 3,0 GDI mühərrikinə malik olan sedanlar R-MDPS sükan gücləndiricisi ilə təchiz ediləcəkdirlər.
Yenilənmiş sedana artıq Cənubi Koreyada sifarişlər qəbul edilir. Avtomobil vətənində 22600 dollardan başlayan qiymətlər ilə satılır.