Kia markasının ən böyük və ən bahalı sedanı olan K9/K900 modelinin üç yaşı tamam olur. Bu isə, plan üzrə yenilənmə vaxtının gəlib çatdığını bildirir. Bu gün Kia şirkəti Cənubi Koreyada satılacaq yenilənmiş flaqman sedanının ilk rəsmi şəkillərini dərc edib. Xatırladaq ki, daxili bazarda sedan qısaldılmış K9 adı ilə satılır.
Avtomobil haqqında məlumat çox azdır, lakin dərc edilmiş təsvirlər çox şeydən xəbər verirlər. Göründüyü kimi, flaqmanın xarici görünüşü ciddi şəkildə dəyişdirilib. Bunun səbəbi də məlumdur: əvvəlki Quoris modeli kimi, K9/K900 modeli dünya bazarında uğursuzluqla üzləşib. Hətta doğma vətənində belə sedanın illik satış həcmi yeddi mini keçməyib. Dizaynerlər avtomobili xilas etmək üçün onun imicini dəyişmək qərarına gəliblər.
Nəticədə flaqman nazik fənərləri və iri radiator barmaqlığı olan yeni “üzə” sahib olub. Məlum məsələdir ki, şirkəti yeni loqotipi də peyda olub. 19-düymlük təkər disklərinin də dizaynı dəyişdirilib. Bentley üslubunda dizayna malik olan arxa fənərlər işıqlanan zolaqla “birləşdiriliblər”. Məhz bu zolaq ucbatından nömrə nişanı üçün meydança baqaj qapağından arxa bamperə köçürülüb.
Bununla belə, bayraqdar sedanın interyer şəkilləri dərc edilməyib. Texniki hissədə baş vermiş yeniliklər barədə də məlumat verilməyib. Ətraflı məlumat yaxın zamanlarda, yenilənmiş sedanın təqdimatı zamanı açıqlanacaqdır.