Formula 1 çempionu Kimi Rəykkonen Alfa Romeo markasının reklam kampaniyasında iştirak edib. Bu dəfə fin pilot yenilənmiş Alfa Romeo Stelvio Quadrifoglio krossoverinin reklam çarxında çəkilib. Çarxda Rəykkonen ilə birlikdə onun həyat yoldaşı Minttu da çıxış edir.
Qısa videoçarxda Raikkonen cütlüyü yenilənmiş Alfa Romeo Stelvio Quadrifoglio krossoverində sahil boyu uzanan dağ yolu ilə səyahət edirlər. Bir müddət sonra, krossoverə Dodge Viper SRT10 superkarı yanaşır və onun sürücüsü baxışları ilə sanki Kimiyə "sürək?" deyir.
Kimi isə hərəkət rejimlərinin selektorunun şaybasını Race rejiminə keçirir və çarxda 510 at qüvvəli 2,9-litrlik turbomühərrik ilə təchiz edilmiş krossoverin gurultu səsi eşidilir. Sonda Formula 1 pilotu gülümsəyərək əl işarəsi ilə Viper sahibinə "buyur" deyir. Əgər "dreq yarışı" baş tutsaydı, çox güman ki, amerikan superkarının Stelvio Quadrifoglio modelinə qarşı şansı olmayacaqdı, çünki italyan krossoveri ilk "yüzlüyü" 3,8 saniyəyə toplayır. Amerikan superkarı isə bu işə 0,4 saniyə daha çox vaxt sərf edir.
Dodge və Alfa Romeo markalarının Fiat-Chrysler konserninin tərkibinə daxil olmasına baxmayaraq, çarxdakı Viper modelinin loqotiplərini gizlədilib.