Formula 1 üzrə dünya çempionu Kimi Rəykkonenin 2014-2017-ci illər arasında sahib olduğu Audi RS6 Avant modeli Finlandiyada satışa çıxarılıb. Ağ rəngli avtomobil 69 min kilometrlik yürüyüşə malikdir və 130 min avroya satılır.
Dünya çempionunun 2007-ci ildə buraxılmış Audi RS6 Avant avtomobili adı universladan tüninqi ilə fərqlənir. Modelin 4,0-litrlik səkkizsilindrli TFSI mühərriki 680 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Bu güc xarakteristikaları tamötürməli universala 100 km/saat həddini 3,9 saniyəyə yığmağa imkan verir. Xatırladaq ki, standart RS6 modeli 560 at qüvvəsinə və 700 Nm-ə malikdir.
Avtomobilin indiki sahibi Kotka şəhərinin sakini Mikko Koskivirta Audi universalı onun sahib olduğu avtomobillərin arasında olan ən yaxşı avtomobildir. Fin avtomobili satmaqda məqsədinin «başqa şeyləri yoxlamaq» olduğunu bildirib.
Fin mətbuatı avtomobilin iki il bundan öncə yerli diler tərəfindən 134800 avroya satıldığını bildirib. O zaman avtomobil 35 min kilometrlik yürüyüşə malik olub. 2017-ci ilin payızından sonra avtomobil iki sahibini dəyişib, onun yürüşüyü iki dəfə artıb və qiyməti 4900 avro azalıb. Avtomobilin yüksək qiyməti yerli vergi sistemi ilə əlaqəlidir. Məsələn, Almaniyada bənzər avtomobili iki dəfə ucuz qiymətə almaq olar.