Porsche şirkəti italyan Pirelli təkər istehsalçısı ilə birlikdə alman markasının klassik sportkarları üçün xüsusi hazırlanmış müasir şinləri təqdim etmişdir. Porsche mütəxəssislərinin tələbi əsasında protektorun naxışı, şinlərin ölçüləri, təkərin profilinin eninin uzunluğuna nisbəti 1960-1990-cu illərdə istehsal edilmiş şinlərdəki kimi qorunub-saxlanmışdır. Şirkətdən verilən açıqlamada, yenidən buraxılan şinlərin aparıcı quruluşunun və rezin tərkibinin müasir şinlərlə eyni olduğu bildirilmişdir.
Bu səbəbdən də, onlar daha yaxşı təmas xüsusiyyətlərinə və yırğalanmaya qarşı müqavimətə malikdirlər. Yeni şinlərin testlərində ralli üzrə ikiqat dünya çempionu Valter Rerl də iştirak etmişdir. Sifariş üçün üç model mövcuddur - Pirelli CN36, Pirelli P7 və Pirelli Zero Rosso. Bindan başqa, trek avtomobilləri üçün P Zero Trofeo yarımsliklərini də sifariş etmək mümkündür.
Ümumilikdə şirkət 1959-cu ildən 2005-ci ilə qədər buraxılmış avtomobillər - Porsche 356 (B və C indeksi), Boxster (986), 911 (G-modeli, 964, 993 və 996), 924, 928, 944 və 968 modelləri üçün 32 növ şin təklif etmişdir. Klassik avtomobillər üçün nəzərdə tutulmuş şinlər müasir analoqları kimi N indeksi ilə işarələnmişdirlər. Bu o deməkdir ki, yenidən istehsal edilmiş şinlər Porsche şirkəti tərəfindən sertifikatlaşdırmışdırlar.
Klassik avtomobillər üçün yeni şinləri istənilən Porsche diler mərkəzlərində şifariş etmək olar. Müştərilərlə iş üzrə əlaqələrə xüsusi Porsche Classic bölməsi cavabdehlik daşıyır.