Bu ilin 18 yanvar tarixində Bonhams hərrac evinin Scottsdale hərraclarında 1958-ci ilin Porsche 550A spayderi rekord məbləğə satılıb. Məşhur yarış avtomobillərindən biri olan bu ukinal avtomobil üçün 5170000 dollar ödənilib.
Hərracda satılan Porsche 550A alman istehsalçısının zavod yarış komandasına məxsus olub. Avtomobil «Nürburqrinqin 1000 kilometri» yarışının qalibi olmuş və «Le-Manın 24 saatı» marafonunda öz sinifində ikinci yeri tutmuşdur. Bundan başqa, 550A 10 dəfə klassik avtomobillərin Mille Miglia Storica yarışında da iştirak edib.
Porsche 550A iki Weber karbüratoruna malik olan 1,5-litrlik dörd silindrli mühərrik ilə təchiz edilib. Güc aqreqatı 137 at qüvvəsi və 145 Nm fırlanma anı hasil edir. Mühərrik dprd pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Avtomobil müstəqil asqı və baraban tipli əyləc mexanizmləri ilə təchiz edilib. Cəmi 40 belə avtomobil buraxılıb.