Amerika Birləşmiş Ştatlarında fəaliyyət gpstərən Classic Recreations firması klassik «masl-kar»lardan olan Shelby Mustang modelinin replika variantılarını buraxmaq niyyətindədir. Klassik avtomobillərin dəqiq surətləri EcoBoost ailəsindən olan Ford turbomühərrikləri ilə təchiz ediləcəkdirlər. Buraxılacaq avtomobillər 1966 GT350CR və 1968 GT500CR adı altında satışa çıxarılacaqdırlar. Vaxti ilə klassik avtomobillər 265 at qüvvəli 4,7 litrlik V8 mühərrik ilə təchiz olunurdular. Replika avtomobilləri isə 370 at qüvvəsi və 569 Nm fırlanma anı olan 3,5-litr iş həcmi olan ikiqat turbokompressorlu V6 mühərriki ilə təchiz ediləcəkdir. Lakin, mühərrik yeni proqram təminatı və turbokompressor sayəsində 600 at qüvvəsinə malik olacaqdır.
Bundan əlavə Mustang’lar, bərkgedən Ford Focus ST modelindən tanış olan 2.0-litrlik üfürməli Ecoboost mühərriki ilə də təchiz ediləcəkdirlər. Bu mühərrik əsasən Çin bazarı üçün nəzərdə tutulmuş avtomobillərə quraşdırılacaqdır. Mühərrik standart variantda 250 at qüvvəsinə və 360 Nm fırlanma anına malikdir və quraşdırılmış yeni Borg Warner turbokompressoru sayəsində onun verimini 300 at qüvvəsi və 488 Nm fırlanma anına qədər artırmaq mümkün olacaqdır. Nəticədə Classic Recreations firması, çinli alıcıları yüksək həcmli mühərriklərə görə ödənilən böyük vergilərdən azad edə biləcəkdir.
Amerikalıların bildirdiyinə görə, onların istehsal etdiyi avtomobillər, yeni turbomühərrikləri, asqı sistemini və yüngül çəkisi sayəsində «idarəetməsi ilə seçilən masl-karlardan» biri olacaqdır.