Hər kəs Koenigsegg şirkətini hiperkarların istehsalçısı kimi tanısa da, İsveç mənşəli şirkət mütərəqqi texnologiyalar sahəsində olan nailiyyətləri ilə də tanınır. Buna misal olaraq bölüşdürücü valı və drossel qapağı olmayan FreeValve mühərrikini göstərmək olar. Bu günlərdə isveç şirkətinin rəhbəri olan Kristian fon Köniqseqq şirkətin 400 at qüvvəsinə malik olan 1,6-litrlik mühərrik üzərində işlədiyini bildirmişdir. Hal-hazırda Koenigsegg şirkətinin istehsal etdiyi One:1 superkarının beş litrlik mühərriki 1364 at qüvvəsinə malikdir ki, bu da 1,0-litr iş həcminə 273 at qüvvəsi düşdüyündən xəbər verir.
Hal-hazırda mühərrik yalnız prototip şəklində mövcudur və Çinin Qoros şirkəti ilə birlikdə hazırlanır. Kristian fon Köniqseqq sözlərinə görə, yeni1,6-litrlik mühərriki, Agera və Regera superkarlarının döyünən ürəyi olan 5,0-litrlik mühərrikin yaradılmasında istifadə edilən prinsiplər əsasında asanlıqla yaratmaq imkanının olacaqdır.
«Porşenin diametrini kiçiltmək və gedişini artırmaqla biz mühərrikin sürtünmədən olan itkilərini azalda bilərik. Bundan əlavə, biz döymə üsulu ilə hazırlanmış porşen, şatun, həmçinin ən yüksək kefiyyətli klapanlardan istifadə etməklə aqreqatı effekltiv edə bilərik» - deyən fon Köniqseqq yeni mühərrikdə bahalı komponenlərin istifadə edildiyinə işarə vurmuşdur.
Lakin, kütləvi istehsal halında bu komponentlərin dəyərini aşağı salmaq mümkündür. Bundan əlavə, yeni mühərrikin effektivliyi artırmaq üçün, Koenigsegg şirkətinin sahibi olduğu FreeValve firmasının texnologiyasından da istifadə etmək nəzərdə tutulmuşdur.