Koenigsegg şirkəti Bonhams hərrac evi tərəfindən keçiriləcək satış barədə maraqlı bir bəyanatla çıxış edib. İş orasındadır ki, isveç istehsalçısının altı nüsxədə istehsal etdiyi One:1 hiperkarlarından biri bu hərracda satılacaqdır. Koenigsegg şirkətinin narazılığına səbəb olan isə, bu hiperkara qoyulmuş qiymətdir.
Qalmaqal predmeti olan Koenigsegg One:1 hiperkarı digər unikal sportkarlar ilə birlikdə Ekvatorial Qvineyanın vitse-prezidenti Teodoro Nqema Obianq Manqedən müsadirə edilib. Xatırladaq ki, bu şəxs afrikalı diktator Teodoro Obianq Nqema Mbasoqanın oğludur.
Hərraca çıxarılacaq unikal superkarlar
Müsadirə edilmiş avtomobillər sentyabr ayında Cenevrədə keçiriləcək hərracda satılacaqdırlar. Hərracdan əldə edilmiş vəsait Ekvatorial Qvineyadakı sosial layihələrə yönəldiləcəkdir. Koenigsegg One:1 modeli ilə yanaşı, hərracda Lamborghini Veneno Roadster, McLaren P1, Porsche Carrera GT, Bugatti Veyron, Ferrari Enzo, Ferrari LaFerrari , F12 tdf və Aston Martin One-77 kimi unikal avtomobillər də satışa çıxarılacaqdır.
Bununla əlaqədar olaraq, Koenigsegg şirkəti Bonhams evinin avtomobilə həddən ziyadə az qiymət təyin etdiyini və bu məbləğin «modelin bazar qiymətinə uyğun gəlmədiyini» bildirib. Bununla belə, şirkət hansı qiymətdən söhbət getdiyini və qiymətləndirmənin yenidən keçirilməsini tələb edir.