Keçən ilin mart ayında beynəlxalq Cenevrə avtomobil sərgisində nümayiş etdirilmiş Koenigsegg Agera RS modeli İsveçdən olan super avtomobillər istehsalçısının ən yeyin satılan modeli olmuşdur. On ay ərzində, superkarın istehsalı edilməsi nəzərdə tutlan 25 ədəd avtomobildən ibarət partiya artıq satılmışdir. Dəqiq qiyməti bilinməyən superkarları ABŞ, Canada, Böyük Britaniya, Yaponiya, Çin, Tayvan, Sinqapur, Malaziya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan müştərilər sifariş etmişdirlər.
Həmçinin, yeni superkar Amerika Birləşmiş Ştatlarının yollarında istifadəsinə icazə verilən ilk Koenigsegg avtomobilidir. Koenigsegg Agera RS superkarı 1160 at qüvvəsinə və 1280 Nm fırlanma anına malik olan beş litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Superkar yerindən saatda 100 kilometr sürətinə 2,9 saniyəyə çatır.
Superkar aktiv arxa antiqanad və GPS məlumatları əsasında müəyyən komponentlərin konkret yol şəraitinə uyğunlaşdıran mexatron şassi ilə (əlavə ödənişlə) təchiz edilir. Koenigsegg firması avtomobilin yığılma prosesini internet üzərindən birbaşa yaymaq fikrindədir. Bir avtomobilin yığılmasına altı ay vaxt lazımdır.
İlkin məlumatlara görə, 25 ədəddən ibarət partiyanın istehsalı 2017-ci kimi başa çatacaqdır.