Debütündən üç il sonra Koenigsegg Jesko hiperkarı nəhayət istehsala hazırdır. Buraxılışa başlamazdan əvvəl, İsveç şirkəti ən sürətli modelinin tünd boz Graphite Grey rənginə boyanmış seriyaöncəsi Absolut versiyasının yeni şəkillərini nümayiş etdirib. Qiyməti 3 milyon dollardan çox olan Jesko modelinin tirajı 125 nüsxə ilə məhdudlaşdırılıb və onların hamısı çoxdan satılıb. Çatdırılmalara 2022-ci ilin sonunda başlanmalıdır.

Müştərilərə Jesko modelinin iki versiyası təklif edilir: yüksək sürətli Absolut və Attack trek hiperkarı. Koenigsegg şirkəti Jesko Attack hiperkarının narıncı Tang Orange Pearl rənginə boyanmış əmtəə versiyanın keçən ilin ortalarında nümayiş etdirib.

Attack versiyasının seçilən elementi əlavə yerəbasma gücü yaradan nəhəng arxa antiqanaddır. Absolut versiyasının aerodinamik müqavimət əmsalı 0,278, maksimal sürəti isə 480 km/saatdır. Əvvəllər Koenigsegg şirkəti brendin arsenalında Jesko hiperkarından sürətli modellərin olmayacağını bildirmişdi. Hər iki versiya benzinlə 1280 at qüvvəsi, E85 bioetanolla isə 1600 at qüvvəsi hasil edən 5,0-litrlik V8 biturbo mühərriklə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik, pillələri yeyin (20-30 millisaniyə ərzində) dəyişdirə və atlaya bilən səkkiz çoxdiskli muftası olan Light Speed Transmission “robotu” ilə tandemdə çalışır: məsələn, qutu yeddincidən dördüncü pilləyə birbaşa keçirə və geriyə qaytaraa bilər. Həm mühərrik, həm də ötürmələr qutusu Koenigsegg mühəndisləri tərəfindən hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Koenigsegg şirkətinin rəhbəri Krisitian fon Köeniqseqin atası Yeskonun adını daşıyan hiperkar markanın model xəttində Agera RS modelini əvəzləyib. 125 nüsxəlik tiraj bütünlüklə 2019-cu ildə satılıb. Bununla belə, hiperkar üçün slotların kiçik bir hissəsinin dilerlər tərəfindən alındığı bildirilir – çox güman ki, bir neçə Jesko hiperkarı sonradan satışa çıxarılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.