Koenigsegg şirkəti tarixindəki ilk dörd nəfərlik avtomobili olan Gemera meqakarını təqdim edib. Koenigsegg Gemera modeli FreeValve texnologiyasına sahib olan 2,0-litrlik biturbo mühərrik, üç elektrik mühərriki, tam ötürmə və dönən arxa təkərlər ilə təchiz edilib.
"Ailəvi" Koenigsegg Gemera hiperkarı dörd oturacağa, həmçinin avtomobilin önündə və arxasında yerləşən iki baqaj bölümünə malikdir. Baqaj bölümlərinin ümumi həcmi 200 litrdir. Hiperkarın güc qurğusu quru karterli yağlama sistemi və FreeValve texnologiyasına malik olan üçsilindrli TFG 2.0 biturbomühərrikinin bazasında yaradılıb. Belə mühərrikdə, mövcud olmayan paylayıcı valların rolunu klapanların pnevmohidroelektrik aktuatorları (PHEA) ifa edirlər.
"Turboüçlük" 608 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir və ona üç elektrik mühərriki kömək edir: onlardan ikisi arxa təkərlərin hər birində, üçüncüsü isə, dirsəkli valda yerləşdirilib. Güc qurğusunun ümumi hasilatı 1727 at qüvvəsi və 3500 Nm fırlanma anı təşkil edir. Ortamühərrikli Gemera 100 km/saat həddinə 1,9 saniyəyə sürətlənir. Meqakarın maksimal sürəti 400 km/saat həddində məhdudlaşdırılıb.
Transmissiya - dəyişkən sürüşmə dərəcəsi olan hidravilik muftası və sabit ötürmə rəqəmi olan əsas ötürməsi olan firma KDD qutusudur. Elektrik mühərriklərini 16 kilovat-saat tutuma malik olan 800 voltluq batareya qidalandırır. Gemera sırf elektrik ötürməsi ilə 50 km məsafə qət edir və “turboüçlüyü” işə salmadan 300 km/saat həddinə qədər sürətlənir. "Cemera" bütün təkərlərdəki dartma vektoruna nəzarət sistemi və tam idarələnən şassi ilə təchiz olunur.
FreeValve sistemi yanacaq seçimində rahatlığı təmin edir. Mühərrik ikinci nəsil bioetanolu, Vulcanol metanolu, E85 spirt qarışığı və adi benzin ilə işləyir. Modelin ümumi yürüş ehtiyatı 1000 kilometrdir.
Koenigsegg Gemera modelinin qabarit uzunluğu 4975 millimetr, eni - 1988 millimetr, hündürlüyü isə 1295 millimetrdir. Hiperkarın oxlar arasındakı məsafəsi isə düz üç metrdir. Meqakarın klirensi 117 millimetrdir. Gərək olduqda ön asqı 35 millimetr qaldırımaq olar.
Koenigsegg Gemera modelinin təchizatına altı "ağıllı" hava yastığı, ABS, trəkşn-kontrol, karbondan hazırlanmış üçüncü nəsil mərkəzi kilidli 21(öndə) və 22 -düymlük (arxada) Aircore təkər diskləri, ikinci sıradakı oturacaqların ISOFIX kilidləri, adaptiv kruiz-kontrol, məlumat-əyləncə sistemi, qadcetlərin simsiz doldurma meydançası, wi-fi, 11 dinamikli səs sistemi, dörd soyudulan və dörd qızdırılan stəkanaltı daxildir.
Koenigsegg şirkəti Gemera meqakarını 300 nüsxəlik tirajla buraxmağı planlaşdırır.