İsveçin hiperkar istehsalçısı olan Koenigsegg şirkəti, nadir sayıla bilən One:1 avtomobilini satmaq istədiyini bildirib. Bu avtomobilin xüsusi cəhəti onun Suzuka və Spa treklərində rekord göstərici əldə edən, həmçinin «0-300-0» sürət rekordunda istirak edən sınaq avtomobilinin olmasıdır. Koenigsegg One:1, belə desək, adi variantının dəyəri 2 milyon 850 min ABŞ dolları təşkil edir. Sınaq avtomobili adi avtomobildən 50 kiloqramm ağırdır ki, onun ümumi çəkisi 1430 kiloqramm təşkil edır.

Sınaq avtomobilində təhlükəsizlik karkası, aktiv amortizatorlar, tənzimlənən aerodinamik dayaq, dəyişən geometriyalı turbina və 3D-printerində hazırlanmış müxtəlif titan detallar quraşdırılmışdır.

Koenigsegg One:1 5.0-litrlik 1400 at qüvvəsi olan səkkiz silindirli mühərriklə hərəkətə gəlir. Yeddi pilləli «robot»la birləşdirilən mühərrik avtomobilə 100 km/s sürətini 2.5 saniyəyə toplamağa imkan verir. Satışa qoyulmuş avtomobilin şassi nömrəsi 7106, zavod nömrəsi isə 00-dır. Iki sıfırın mənası «inkişaf avtomobili» deməkdir.

Bu onu göstərir ki, avtomobil nəinki rekord göstərici əldə etmək üçün, həmçinin zavod sınaqlarında da iştirak etmişdir. Koenigsegg cəmi altı ədəd One:1 istehsal etmişdir ki, təklif edilən də sonuncu altıncı avtomobildir.