İsveçin Koenigsegg şirkəti Gemera superhibridinin dördmühərrikli elektrik güc qurğusunun komponentləri haqqında danışmağa davam edir və bəlkə də onun ən vacib komponentlərindən birini - Quark elektrik mühərrikini göstərib. Qurğu ultrayığcam ölçüləri, aşağı çəkisi, yüksək fırlanma anı və unikal Raxial Flux (radial və axial flux sözlərinin birləşməsindən) texnologiyası ilə fərqlənir.

Yaradıcılarının fikrincə, oxşəkilli və radial maqnit axınlarının birləşməsi güc və dartmanın balansını təmin edir. Onların ən yüksək dəyərlərinin nisbətən aşağı dövrələrdə əlçatan olduğunu nəzərə alsaq, mürəkkəb transmissiyadan istifadəyə ehtiyac qalmır.

Quark

Quark qurğusunun hasilatı 250 kilovat (340 at qüvvəsi) və 600 Nm fırlanma anı təşkil edir. Eyni zamanda, belə elektrik mühərrikinin çəkisi cəmi 30 kiloqramdır. Çəkini azaldəlması üçün Koenigsegg mütəxəssisləri bütün konstruksiyanı yenidən nəzərdən keçiriblər, buna görə də, buradakı daxili valı avtoidmanda və aerokosmik sənayedə istifadə edilən 300M poladından hazırlayıblar.

İçi boş rotor isə, firma Aircore texnologiyasından istifadə edilərək karbon lifindən hazırlanır. Elektrik mühərriki "ağlabatan dövrələrdə" böyük güc hasil edir və ona mürəkkəb transmissiya gərək deyil: hər bir valda yalnız yüksəkeffektivli azaldıcı planetar reduktoru quraşdırmaq olar.

David

İsveçlilər iki Quark qurğusunu altıfazalı David çeviricisi ilə birləşdirərək, dartmanın aktiv vektorlaşdırılması funksiyası olan Terrier (şirkət onu “kiçik, enerjili və qorxmaz köpəkər” ilə assosiasiya edir) güc ötürməsini yaradıblar.

Bütöv qurğunun çəkisi 85 (ötürücü vallarla birlikdə 88 kiloqram) kiloqramdır və 500 kilovat (680 at qüvvəsi) və 1100 Nm fırlanma anı hasil edir. Blokun ölçüləri, çəkisi və qeyri-adi quruluşu onu elastik elementlər vasitəsilə birbaşa monokok/şassiyə bərkitməyə imkan verir. Beləliklə, əlavə rama altlıqlarına ehtiyac qalmır.

Terrier

Xatırlatmaq istərdik ki, Koenigsegg Gemera superhibridi üç elektrik mühərrikinə sahib olacaqdır. Onlardan biri dirsəkli valda (405 at qüvvəsi və 500 Nm), fərdi təkpilləli reduktorları və muftalar dəsti olan digər ikisi isə arxada quraşdırılır.

Bu mühərriklərin hər biri 507 at qüvvəsi və 1000 Nm hasil edir. 2,0-litrlik biturbomühərrik (608 at qüvvəsi və 600 Nm) “quru” karterə, Akrapovič firmasının titandan hazırladığı səsboğucuya və FreeValve sisteminə malikdir.

Image alt Image alt Image alt Image alt

Belə daxili yanma mühərrikinin paylayıcı valı yoxdur - giriş və çıxış klapanları pnevmohidroelektrik aktuatorlar tərəfindən idarə olunur. Mühərrikin işləməsinə nəzarəti amerikan SparkCognition şirkətinin süni intellekt platforması həyata keçirir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.