Koenigsegg şirkəti və Saab şirkətinin sahibi olan NEVS konsorsiumu strateji əməkdaşlıq barədə müqavilə bağlayıblar. Tərəflər birlikdə kütləvi modellərin yaradılması üzərində çalışacaqdırlar. Əldə edilmiş razılığa əsasən, NEVS Koenigsegg şirkətinə 150 milyon avro sərmayə qoyaraq, isveç istehsalçısının 20 faizlik minoritar səhmlər paketini əldə edəcəkdir.
Koenigsegg şirkəti tərəflərin birgə müəssisə yaradacaqlarını bildirir. Müəssisənin 65 faizi ilkin kapitalı təmin edən NEVS konsorsiumuna, 35 faizi isə, Koenigsegg şirkətinə məxsus olacaqdır. İsveç istehsalçısı tərəfdaşı ilə intellektual mülkiyyəti və texnoloji lisenziyaları ilə bölüşəcək, həmçinin məhsulun dizaynı ilə məşğul olacaqdır. Çox güman ki, belə texnologiyalardan biri Koenigsegg şirkətinin törəmə müəssisəsi olan FreeValve firması tərəfindən yaradılmış paylaşdırıcı valsız mühərrikdir.
Koenigsegg şirkəti NEVS ilə əməkdaşlığın ona hiperkarlar seqmentindəki mövqeyini möhkəmləndirməyə, həmçinin yeni seqmentlər üçün məhsulların yaradılmasında yardım edəcəyindən əmindir. Bununla belə, hansı məhsullardan söz getdiyi bildirilməyib.