Koenigsegg şirkəti Jesko hiperkarının yeni versiyasını təqdim edib. Absolut adlandırılmış hiperkar omoloqasiya keçmiş minik avtomobilləri üçün görünməmiş sürəti əldə etmək üçün hazırlanıbdır. Şirkət dəqiq rəqəmləri səsləndirməsə də, söhbətin 500 km/saatdan getdiyini ehtimal etmək olar.

"Mütləq" Koenigsegg Jesko hiperkarı adi Jesko modelinin aerodinamik baxımdan təkmilləşdirilmiş versiyası sayılır. İstehsalçının sözlərinə görə, hiperkar bu növ nəqliyyat vasitələri üçün ultra aşağı müqavimət əmsalına malikdir - cəmi 0.278 Cd. Buna nail olmaq üçün, avtomobil aerodinamik dayağın bütün çıxan elementlərindən məhrum edilib. Aerodinamik effektivliyin hesablama hidrodinamikası metodları ilə qiymətləndirilməsinə və təhlilinə 3000 saat sərf edilib. Əlavə 5000 saat isə, dizayn və mühəndislik hissəsinə sərf olunub.

Jesko Absolut modelini adi hiperkardan fərqləndirən əsas cəhəti sabit arxa antiqanadın olmamasıdır. Onun yerini, avtomobili yüksək sürətlərdə sabitləşdirən iki üzgəc tutub. Bundan əlavə, hiperkarın ön splitteri və yan vinqletləri sökülmüş, arxa hissəsi isə, 85 millimetr uzadılmışdır. Müqayisə üçün: maksimum sürətdə "mütləq" hiperkar 150 kiloqram yerəbasma gücü yaradır, adi hiperkarda isə bu göstərici 1400 kiloqram təşkil edir.

Koenigsegg Jesko və Jesko Absolut modelləri dünyanın ən yüngül dirsəkli valı ilə təchiz edilmiş modernləşdirilmiş 5,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlirlər. Giriş kollektoruna su çilənməsi sisteminin quraşdırılmasınadan sonra, mühərrikin hasilatı 1622 at qüvvəsi və 1500 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı əvvəlki kimi 9-pilləli Light Speed Transmission (LST) "robotu" ilə birlikdə çalışır.

Qutu, avtomobilin və mühərrikin sürətini müqayisə edərək gərək olan pilləni aktivləşdirən və "dəlicəsinə" sürətlənməni təmin edən Ultimate Power on Demand (UPOD) funksiyasına sahibdir. Ötürmələrin həyata keçirilməsinə 20-30 millisaniyə kifayət edir.

İstehsalçı Jesko. modelinin dinamik xüsusiyyətləri hələlik açıqlamayıb. Şayiələrə görə, jiperkarın 100 km/saat həddinə sürətlənməsinə 2,5 saniyə gərəkdir. Hiperkarın maksimal sürəti də məlum deyil.