Motereydə keçirilən avtomobil sərgisində Koenigsegg şirkəti istehsal etdiyi üç model üçün təkmilləşdirmələr dəstini nümayiş etdirib. Onların sırasında Regera superhibridinə iki cüt antiqanadı əlavə edən Aero dəsti də vardır.
Dəst avtomobilin arxa hissəsində quraşdırılan iki qeyri-adi elementdən və ön bamperdəki əlavə detallardan ibarətdir.
Hər iki halda elementlər karbondan hazırlanır. İsveç istehsalçısı yeni elementlərin aktiv arxa antiqanadın ən hündür səviyyəsində onu tamamladığını bildiriblər. Aero dəsti ilə təchiz edilən Regera modeli 385 kiloqram yerəbasma gücünə malikdir. Standart superkarda bu rəqəm 310 kiloqram təşkil edir. Bundan başqa, isveç markasının nümayəndələri CCX və CCXR modelləri üçün hazırlanmış təkmilləşdirmələr barədə də məlumat veriblər. Artıq bu superkarları Ghost dəsti ilə təchiz etmək mümkündür.
Bu dəstin tərkibinə böyüdülmüş ön splitter və antiqanad, təşkilləşdirilmiş səsboğucu sistem, arxa diffuzor, karbon disklər və Agera modelindən götürülmüş güzgülər daxildir. Bu elementləri həm dəst şəklində, həm də ayrı-ayrılıq da əldə etmək mümkündür.
Koenigsegg Regera superhibridi 1500 at qüvvəsi və 2000 Nm fırlanma anı olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Qurğunun tərkibinə 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki, akkumulyatorlar dəsti və xüsusi olaraq bu model üçün hazırlanmış KDD transmissiyası (momentin ənənəvi ötürmələrsiz birbaşa təkərlərə göndərilməsi texnologiyası) daxildir.
Superkar 100 km/saat həddini 2,8 saniyəyə toplayır. 400 km/saat həddinə sürətlənməyə Regera modelinə 20 saniyə vaxt tələb edilir.
Cəmi 80 ədəd Regera superkarının istehsalı planlaşdırılır. Hər bir avtomobil 2,1 milyon avro qiymətə satılacaqdır. Hər bir hiperkarın qiyməti minimal olaraq 2.1 milyon avro təşkil edir. Bundan başqa, Koenigsegg şirkəti Aegera RS modelini də təklif edir. Eyni zamanda, istehsalçı yeddi ədəd 1341 at qüvvəli One: 1 istehsal etmişdir.
Hazırda Koenigsegg hiperkarını almaq üçün dörd il gözləmək gərəkdir.